Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:35

Əli Kərimli hakimiyyətin AXCP-yə qarşı qisas siyasəti yürütdüyünü bildirir<p align=`left`><br><br>


Səs: Real audio
O, mühafizəçisi Elmar Rüstəmovun üç il müddətinə azadlıqdan məhrum edilməsini «qisas zəncirinin növbəti həlqəsi» hesab edir Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli mühafizəçisi Elmar Rüstəmovun azadlıqdan məhrum edilməsini hakimiyyətin rəhbərlik etdiyi quruma qarşı başladığı qisas zəncirinin növbəti həlqəsi adlandırır.



Elmar Rüstəmov «Azadlıq» seçki blokunun ötən il sentyabrın 25-də təşkil etdiyi mitinqdə «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun mühafizəçisi kimi polisi döyməkdə, hakimiyyət təmsilçisinə müqavimət göstərməkdə ittiham olunurdu. Məhkəmənin hökmü ilə o martın 14-də üç il müddətinə azadlıqdan məhrum edilib. Əli Kərimli isə, martın 15-də keçirdiyi mətbuat konfransında bu ittihamları absurd adlandırıb.



Hakim isə məhkəmədə bildirib ki, Elmar Rüstəmovun əməlləri konkret şahid ifadələri və sübutlarla təsdiqlənib.
XS
SM
MD
LG