Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:57

Azərbaycanda itdə də «quş qripi» aşkarlandı


Səs: Real audio
Məlumatı «Quş qripi» Xəstəliyinin Qarşısının Alınması üzrə Dövlət Komissiyası yayıb Azərbaycanda itdə də «quş qripi» virusu aşkarlandı. Bakının Rəsulzadə qəsəbəsindən tapılmış sahibsiz itin müayinəsi zamanı heyvanda sözügedən xəstəlik müəyyən olunub. Məlumatı «Quş qripi» Xəstəliyinin Qarşısının Alınması üzrə Dövlət Komissiyası yayıb. Müayinələrin davam etdirildiyini bildirən qurum ev heyvanlarını ölmüş quşlarla yemləməyin, onlarla təmasda olmağın, tüklərindən istifadə etməyin qəti qadağan olunduğunu bildirir.



Səhiyyə naziri Oqtay Şirəliyev isə, bir neçə gün əvvəl bildirmişdi ki, sahibsiz itlər və pişiklərin virusa yoluxmaması üçün tədbirlər görülməsi nəzərdə tutulur.



Komissiyanın məlumatında həmçinin «quş qripi»nə qarşı mübarizə tədbirlərinin davam etdirildiyi, ev quşları arasında Xızı, Biləsuvar, Füzuli rayonları istisna olmaqla başqa yerlərdə yoluxma aşkar edilmədiyi, köçəri quşların ölkə ərazisini tərk etməyə başladıqlarından quşlar arasında ölüm hallarının xeyli azaldığı və vəziyyətin tam nəzarətdə olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG