Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:02

Gəncədə donuzları qırırlar


Səs: Real audio
Buna səbəb adıgedən heyvanın «quş qripi» virusuna həssas olmasıdır Martın 15-də şəhər rəhbərliyinin göstərişilə Gəncədə 20-dən cox donuz öldürülərək yandırıldı. Buna səbəb adıgedən heyvanın «quş qripi» virusuna həssas olmasıdır. Hər halda mutəxəssislər belə deyirlər. Məişət tullantılarının məhv edildiyi ərazidə otarılan donuzların gülləylə vurulması isə, heyvan sahiblərində narazılıq yaratdı.



Gəncə Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəhbəri Abid Əliyev bildirir ki, antisanitariya vəziyyətində saxlanan donuzlar məhv ediləcək. Onun sözlərinə görə, məişət tullantılarının yandırıldığı ərazidə donuz otarmaq gigiyena qaydalarına ziddir və heyvan sahiblərinə bu barədə dəfələrlə xəbərdarlıq ediblər.



Cənab Əliyev onu da deyir ki, oldürülən heyvanlara görə, onun sahiblərinə kompensasiya odənilməyəcək.
XS
SM
MD
LG