Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:58

Bir neçə həftəyə Ruslan Bəşirlinin məhkəməsi başlayacaq


Səs: Real audio
Baş prokurorun müavini Eldar Nuriyev deyir ki, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin istintaqında bəzi yeniliklər var Ötən ilin avqustunda həbs olunmuş «Yeni Fikir» Gənclər Təşkilatının (GT) sədri Ruslan Bəşirlinin işi üzrə istintaq yekunlaşıb, bir neçə həftəyə məhkəmə başlayacaq. Ancaq təqsirləndirilənin vəkili Elçin Qəmbərovun dediyinə görə, istintaq işinə əsassız materiallar əlavə olunub.



Ruslan Bəşirli 2005-ci il avqustun 4-də Cinayət Məcəlləsinin 278-ci maddəsi (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) ilə təqsirləndirilərək həbs olunub. O, Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda günahlandırılır.



Eyni ittihamla, yəni hakimiyyəti zorla ələ keçirməyə cəhdə görə həbs olunmuş sabiq Səhiyyə və İqtisadi İnkişaf nazirləri – Əli İnsanov və Fərhad Əliyev barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün Baş Prokurorluğa müraciət olunub.



Bunu isə Baş Prokurorun müavini Eldar Nuriyev deyir.



Əli İnsanov və Fərhad Əliyevin vəkilləri bir müddət bundan əvvəl müdafiə etdikləri şəxslər barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün müraciət etmişdilər.



«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin istintaqına gəlincə, Baş prokurorun müavini Eldar Nuriyev deyir ki, bəzi yeni məlumatlar var, ancaq istintaq sirri olduğundan detallar ictimaiyyətə açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG