Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:58

<i>«Ayna»</i>: «Mərasimlər haqqında» qanun layihəsi parlamentin müzakirəsinə çıxarılacaq»


Səs: Real audio
Qadağa «quş qripi» ilə bağlı vəziyyət düzələnə qədər qüvvədə olacaq «Ayna» qəzetində bildirilir ki, Milli Məclisin Sosial Siyasət Daimi Komissiyası «Mərasimlər haqqında» qanun layihəsini parlamentin müzakirəsinə çıxarmaq niyyətindədir. Amma qanun layihəsi ölkə ictimaiyyəti arasında birmənalı qarşılanmır. Çoxları hesab edir ki, qəbul ediləcək qanun normaları aşmış ənənələri cilovlayacaq. Buna baxmayaraq, adət-ənənələrin qanun çərçivəsinə salınmasına etiraz edənlər də kifayət qədərdir. Sözügedən qanunun qəbulunda israrlı olan komissiya sədri Hadı Rəcəbli isə, hesab edir ki, sənəd ilk növbədə adət-ənənələrə hörməti özündə əks etdirməlidir. «Avropa ölkələrində bir sıra qanunlar var ki, onlar bizim üçün məqbul deyil» deyən millət vəkili bir sıra məqamlarda azərbaycanlıların həm milli, həm də şəriət qanunlarından kənarlaşdığını etiraf edir.



«Yeni Azərbaycan» qəzetində bildirilir ki, Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyan həmyerlilərini narahat olmamağa çağırıb. Deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün müharibə etməyəcək. Ən azı ona görə ki, o, indi müharibəyə hazır deyil. Nazir hətta Azərbaycana məsləhət də görür. Vardan Oskanyan hesab edir ki, Azərbaycan danışıqlar yolu ilə çox şey əldə edə bilər. Məqalədə deyilir ki, ermənistanlı nazir birbaşa olmasa da, Azərbaycanın iqtisadi cəhətdən günü-gündən güclənməsindən narahat olduğunu da nümayiş etdirir.



«Azadlıq» qəzeti xəbər verir ki, martın 17-də bir qrup jurnalistin piketi olacaq. Piket «Sabir bağı»nda «Azadlıq» qəzetinin əməkdaşı Fikrət Hüseynliyə qarşı sui-qəsdə cəhd hadisəsinə etiraz olaraq keçirələcək. Bu qərarı qəbul edənlərdən biri – «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev jurnalistlərin müdafiəsi ilə bağlı İşçi Qrurunun yaradılmasını təklif edir. Onun fikrincə, hazırda bu cür problemləri operativ və ciddi şəkildə araşdıracaq jurnalist təşkilatı yoxdur. Mehman Əliyev yaxın vaxtlarda jurnalistlərin formunu keçirməyi də vacib sayır. «Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı isə, təzyiqə məruz qalan KİV nümayəndələrinin müdafiəsi istiqamətində heç bir fəaliyyət göstərməyən jurnalist təşkilatlarını boykot etməyin lazım olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG