Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:07
Rubrikalar

Almaniya vətəndaşının Azərbaycan təəssüratları


Səs: Real audio
Qadağa «quş qripi» ilə bağlı vəziyyət düzələnə qədər qüvvədə olacaq Azərbaycana sevgiylə gələnlərin məyus qayıtmalarına səbəb nədir?



16 ildən bəri Almaniyada yaşayan həmsöhbətim deyir ki, 20-dən çox ölkə gəzsə də, heç vaxt onun maşınında polis axtarış aparmayıb. Heç bir ölkədə polis ondan pul istəməyib. Azərbaycana gəlməyə həmişə can atan Nihat Kaya indi bu ölkədən Almaniyaya giley dolu təəssüratla qayıdır.



Xarici ölkələrə gedən qadınlar Azərbaycana qayıdanda hansı problemlərlə üzləşirlər?



"Şəffaflıq-Azərbaycan" təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva deyir ki, fevralın 27-də Heydər Əliyev adına Hava Limanında pasportunda Türkiyə vizası olan 30 yaşınadək qadınları saxlayıblar. Onun sözlərinə görə, ayrıca otağa yerləşdirilən qadınların pasportları da əllərindən alınıb və onlardan pul tələb olunub. Polisin hərəkətinə etiraz edənlər Ramanıdakı xəstəxanaya aparılacaqları ilə hədələniblər.



İndiyə qədər bir neçə qadının hüquqlarını müdafiə etdiklərini deyən "Təmiz Dünya" Mərkəzinin rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, Avropa ölkələrindən fərqli olaraq, Türkiyə və ərəb ölkələrindən qayıdan 30 yaşınadək qadınların əksəriyyəti dəri-zöhrəvi xəstəxanalarına aparılacaqları ilə hədələnir. Adının müxtəlif yerlərdə hallanacağından qorxan qadınlar vəziyyətdən çıxış yolunu polisə pul verməkdə görürlər.



ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG