Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:51
Rubrikalar

Hökumət parlamentə hesabat verdi


Səs: Real audio
Qadağa «quş qripi» ilə bağlı vəziyyət düzələnə qədər qüvvədə olacaq Azərbaycanın valyuta ehtiyatları 2005-ci ildə 30 faiz artaraq 2 milyard 400 milyon dollara çatıb.



Bu barədə parlamentə hesabat verən baş nazir Artur Rəsizadə bildirib. Ölkənin xarici borcu isə ötən il bundan xeyli az – 1 milyard 650 milyon dollar səviyyəsində olub.



Baş nazir onu da deyib ki, 2005-ci ildə əhalinin pul gəlirləri 25 faiz artıb. Əhalinin gəlirləri inflyasiya səviyyəsini 2 dəfədən çox üstələyib. Ötən il minimum əmək haqqı 150 min manata çatdırılıb, 80 min daimi iş yeri açılıb və ölkədəki yoxsulluğun səviyyəsi 29 faizə düşüb.



Amma bəzi deputatlar hökumətin fəaliyyətini tənqid ediblər. Onların fikrincə, ümumi daxili məhsul artsa da, müəllimlərin, həkimlərin və bir çox başqa əhali qruplarının maaşı aşağı olaraq qalır, elektrik problemi də tam həllini tapmayıb.
XS
SM
MD
LG