Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:37

Daniel Frid: «Müharibə həm Azərbaycan, həm də Ermənistan üçün fəlakət olar»<p align=`left`><br><br>


Səs: Real audio
ABŞ Dövlət katibinin köməkçisi «Azərbaycanlı qaçqınların torpaqlarına qayıtması prosesi mümkün qədər tez başlamalıdır» -deyir «Müharibə həm Azərbaycan, həm də Ermənistan üçün fəlakət olar. Birləşmiş Ştatlar qaçqınların öz torpağına qayıtmasını istəyir». Bunu Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin köməkçisi Daniel Frid deyib: «Azərbaycanlı qaçqınların torpaqlarına qayıtması prosesi mümkün qədər tez başlamalıdır. Müharibə hamı üçün fəlakət olar».



Daniel Frid Bakıda ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Stiven Mannla birlikdə keçirdiyi mətbuat konfransında deyib ki, əgər onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yoluyla həllinə inanmasaydılar, bu səfərə gəlməzdilər.



Amerikalı həmsədr Stiven Mann da bu il danışıqlar üçün uğurlu ola biləcəyini deyir: «Mənə aydındır ki, hər iki tərəf bu il öz ölkələri üçün uğur qazana bilərlər. Real danışsaq, heç bir tərəf istədiyinə 100 faiz nail olmayacaq, belə məsələlər bu cür həll edilmir, ancaq danışıqlar içində olan bir adam kimi görürəm ki, həm Azərbaycan, həm də Ermənistan elə məsələlərdə qazana bilər ki, öz xalqları onları alqışlayar».



Həm Stiven Mann, həm də Daniel Frid vurğulayır ki, Birləşmiş Ştatlar münaqişənin danışıqlar yoluyla həllinə tərəfdardır və Ermənistana gələcək səfərdə də bu danışıqlar aparılacaq.



Daniel Fridin dediyiə görə, Azərbaycan rəsmilərilə görüşündə əsas iki fakt müzakirə obyekti olub. Birincisi, neftdən gələn gəlirlərdən müdrik istifadə və ikincisi, demokratik inkişaf. İran məsələsi də götür-qoy olunub.



Cənab Fridin dediyinə görə, Birləşmiş Ştatlar İranla bağlı siyasət inkişaf etdikcə, Azərbaycanı məlumatlandıracaq: «İran son aylar bir sıra məsuliyyətsiz bəyanatlar verib. İran xalqı təcrid olunmağa layiq deyil, ancaq öz hökumətləri ucbatından buna yuvarlanırlar. Beynəlxalq ictimaiyyət isə, İranın nüvə proqramının dayandırılması mövqeyində həmrəydir. Biz Tehrandan gələn hərb ruhlu bəyanatlardan qorxub öz niyyətimizdən əl çəkən deyilik».



Hərbi əməkdaşlığa gəlincə, Daniel Frid deyir ki, Amerika xüsusilə Xəzərdə təhlükəsizliklə bağlı Azərbaycanla əməkdaşlıq edir.



Cənab Frid deyir ki, Birləşmiş Ştatlar parlament seçkisinin azad və ədalətli keçmədiyinə görə məyus olub və hökuməti daha çox pozuntu olan dairələrdə təkrar seçki keçirməyə çağırıb. Mayın 13-də 10 dairədə təkrar seçkini amerikalı müşahidəçilər də izləyəcək. O, bildirir ki, güclü millətin güclü müxalifəti olmalıdır, Birləşmiş Ştatlar Azərbaycanın güclü millət olmasını istəyir.



Birləşmiş Ştatların Ermənistana Azərbaycandan daha çox yardım ayırmasına dair sualı cavablandıran D.Fridin dediyinə görə, bu, Azərbaycanın neft və qaz satışından daha çox gəlir əldə etməsiylə bağlıdır. Ancaq tərəfdaşlıq dollarla deyil, əməkdaşlığın keyfiyyətiylə ölçülməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG