Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:59

Azərbaycan ilin axır çərşənbəsini bayram edir


Səs: Real audio
«bp-Azərbaycan» şirkəti xəstəliyə qarşı maarifləndirici tədbirlər kimi xüsusi bukletlər, posterlər hazırlayıb Martın 14-ü Novruzun – yazın gəlişindən soraq verən dörd çərşənbənin sonuncusudur – "Torpaq" çərşənbəsi. Bunacansa "Yel", "Su", "Od" çərşənbələri qeyd olunmuşdu



İlaxır çərşənbənin maraqlı adətləri var. Başlayaq ondan ki, axır çərşənbədə qulaq falına çıxılır. Eşitdiyin söhbətlərin mövzusuna görə ilin sənin üçün necə keçəcəyini yozurlar. Həm də bu çərşənbədən Novruzun ən sevimli adətlərindən papaq atdılar başlayır. İlaxır çərşənbə günü evdəkilərin hər birinin adına şam yandırarlar. İnama görə, bu günü gərək hər kəs öz evində keçirsin. Bu gündə adamların təzə paltar geyib, bir-birinin evinə bayramlaşmağa getməsi də adətlərdəndir. Bu adət xüsusən cavanların yaşlıları təbrikə getməsinə aiddir. Bayramlaşmağa gələni süfrəyə dəvət edib bayram sovqatlarından şəkərbura, paxlava, qoğal və başqa şirniyyatlara qonaq etmək də adət sayılır. Bir də tonqal qalarlar. Yaşlılar, evlilər "Ağrım-uğurum oda tökülsün" deyib oddan atlarlar. Subaylarsa: "Ağrım-uğurum odda düşüb kül olsun, yansın alov saçılsın, mənim bəxtim açılsın".



Səməni əkib xonça tutmaq, yumurta boyamaq, axır çərşənbə günü su üstündən atlamaq da adətlərdəndir. Bu gündə evdən od, kibrit, neft, çörək, ağartı və ən vacibi pul verməzlər. Plov dəmləyərlər. Axır çərşənbə süfrəsində mütləq balıq bişirərlər. Süfrəyə qoz, fındıq ləpəsi qoyarlar. İlaxır çərşənbə paytaxt Bakıda da qeyd olundu. Paytaxtın Azneft meydanından Bahar qız faytonla Suraxanı rayonuna – Atəşgaha gedib od məşəlini yandırdı.



Atəşgahdakı bayram şənliklərində Kosayla Keçəlin iştirakı ilə bayram şənliyi davam etdi, müxtəlif səhnəciklər göstərildi. Bahar qız sonra Qız Qalasına qayıdıb, qala başında tonqalı alışdırdı. Bundan sonra atəşfəşanlıq və Dənizkənarı Parkda konsert oldu. Bayram günü – martın 21-də isə İçərişəhərin Qoşa Qala qapısı qarşısında konsert olacaq.



İndi deyəcəyimdən daha çox bayram biş-düşünü hələ hazırlamayan xanımlar faydalana bilər. "Quş qripi" virusu təhlükəsinə görə «yumurtasız nəyi necə bişirəcəm» sualını düşünən xanımlar bir stəkan qatığa iki çay qaşığı soda və bir qaşıq konyak, üstəgəl mağazalarda satışda olan bir paket köpürtmə tozu əlavə edib yumurtanı əvəzləyə bilərlər. Vəssalam. Bayramınız mübarək!
XS
SM
MD
LG