Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:08

Azərbaycanla Rumıniya arasında hərbi sənədlər paketi imzalanıb<p align=`left`><br><br>


Səs: Real audio
«bp-Azərbaycan» şirkəti xəstəliyə qarşı maarifləndirici tədbirlər kimi xüsusi bukletlər, posterlər hazırlayıb Azərbaycanın Müdafiə naziri Səfər Əbieyvlə Rumıniya Milli Müdafiə naziri Teodor Atanasiu arasındakı martın 14-dəki danışıqların yekunlarına əsasən ikitərəfli hərbi əməkdaşlığa dair sənədlər paketi imzalanıb.



Nazirlər hərbi-texniki əməkdaşlıq haqqında hökumətlərarası, iki müdafiə qurumu arasında məxfi məlumatların qorunmasına dair sazişlər və hərbi quruculuq sahəsində əməkdaşlıq haqqında 15 fevral 2000-ci il tarixli protokola dəyişikliklərə dair əlavə protokol imzalayıblar.



«Turan» İnformasiya Agentliyinin yaydığı məlumata görə, S.Əbiyev bildirib ki, Azərbaycan Rumıniya ilə hərbi əməkdaşlığa mühüm önəm verir və imzalanmış sənədlər əməkdaşlıq üçün müqavilə-hüquqi bazanı möhkəmləndirir. Nazirin sözlərinə görə, Azərbaycanla Rumıniya NATO-nun «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində və beynəlxalq terrorizmlə mübarizədə fəal əməkdaşlıq edir.



Danışıqlar zamanı Cənubi Qafqaz və Qara dəniz regionlarında hərbi-siyasi durumla bağlı fikir mübadiləsi apırılıb. Həmçinin Qarabağ münaqişəsinə toxunulub. S.Əbiyevin sözlərinə görə, tərəflər beynəlxalq terrorizm və təcavüzkar separatizmi pisləyib.



T.Atanasiu isə, bildirib ki, imzalanmış sənədlərdə iki ölkənin gələcək hərbi əməkdaşlığının istiqamətləri müəyyən edilib. Tərəflər həmçinin təhlükəsizlik, hərbi sahədə islahatlar, beynəlxalq terrorizmlə mübarizədə qarşılıqlı fəaliyyət məsələlərini də müzakirə ediblər.



Rumıniyalı nazirin səfər proqramına Azərbaycan prezidenti, parlamentin spikeri və Baş nazirlə görüşlər də daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG