Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:46

<i>«Bakı-Xəbər»</i>: «Kosova təhlükəsi Azərbaycan üçün reallığa çevrilə bilər»


Səs: Real audio
«bp-Azərbaycan» şirkəti xəstəliyə qarşı maarifləndirici tədbirlər kimi xüsusi bukletlər, posterlər hazırlayıb «Yeni Azərbaycan» qəzetindəki «Həmsədr ölkələr münaqişənin həllində konkret mövqe tutmağa başlayıb» başlıqlı məqalədə bildirilir ki, siyasi ekspertlər münaqişənin həlli istiqamətində yeni təkliflərin meydana çıxmasını istisna etmirlər. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, hazırda münaqişənin tənzimlənməsinə yanaşma tərzinin dəyişməsi üçün əlverişli şərait yaranıb. Onun sözlərinə görə, dəyişikliklər münaqişənin tənzimlənməsində birbaşa iştirak edən dövlətlərin mövqeləri ilə bağlıdır. Artıq həm ABŞ, həm Rusiya, həm də Fransa məsələdə daha konkret mövqe tutublar. Ekspert bildirir ki, bu kontekstdə Rusiyanın dəyişən münasibətini ciddi siqnal kimi qəbul etmək lazımdır.



«Üç nöqtə qəzetindəki «Lənkəranda «quş qripi» ilə bağlı maarifləndirmə işi aparılır» başlıqlı məqalədə Lənkəran Rayon Baytarlıq İdarəsinin rəisi Kamal Abdinova istinadən bildirilir ki, rayon ərazisində virusla bağlı hər birində 9 nəfər olmaqla 5 qrup yaradılıb. Qruplara müvafiq orqanların nümayəndələri daxil edilib. Kamal Abdinovun sözlərinə görə, rayonda çöl quşlarının ovlanılmasına qadağa qoyulub və tələfatın baş verməməsi üçün bütün qüvvələr səfərbər olunub. Ekologiya Standartlarının Monitorinqi Fondunun sədri Rauf Soltanov isə maarifləndirmə kampaniyasının intensiv aparılmasını təmin etmək üçün dövlət, bələdiyyə və qeyri-hökumət təşkilatlarının iştirakı ilə birgə fəaliyyət proqramının hazırlanmasını mümkün hesab edir. Müəllif xəbər verir ki, «quş qripi» ilə bağlı növbəti maarifləndirmə tədbirləri Gəncə və Xaçmaz şəhərlərində keçiriləcək.



«Bakı-Xəbər» qəzetindəki «Kosova təhlükəsi Azərbaycan üçün reallığa çevrilə bilər» başlıqlı məqalədə bildirilir ki, Kosovanın müstəqillik əldə etməsinin Qərb tərəfindən dəstəklənməsi Qarabağ münaqişəsi, eləcə də Gürcüstan və Moldovoda məlum mübahisəli ərazilərin gələcək statusu baxımından təhlükəli şərait formalaşdırmaqdadır. Rusiya və Ermənistan, elecə də Gürcüstanda mövcud separatçı rejimlər post-sovet məkanında konfliktlərin həlində Kosova modelinin tətbiqini istəyir. Artıq bu məsələ Ermənistan tərəfindən rəsmi şəkildə etiraf edilir. Amma ABŞ rəsmiləri bildirirlər ki, Dağlıq Qarabağ və Cənubi Osetiya kimi konfliktlər unikal özəlliklərə malikdir. Və buna həmin özəlliklərlə yanaşmaq lazımdır.
XS
SM
MD
LG