Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:38
Rubrikalar

«Quş qripi» ilə bağlı kolbasa sexlərinə nəzarət gücləndirilib


Səs: Real audio
Ümumdünya Səhiyyə Təşkilatının [ÜST] Azərbaycandakı mütəxəssisləri "quş qripi"nə yoluxmaqda şübhəli bilinən üç nəfərdə H5N1 virusu tapıldığını təsdiqləyiblər - Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi daha iki zavodun özəlləşdirilməsinə aid müqaviləni ləğv edib. Bunlar keçən il yerli «Texinvestkom» şirkətinə satılan «Mingəçevir Reqenerat» və «Mingəçevir Texniki Rezin» müəssisələridir. Komitədən bildiriblər ki, şirkət müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyə əməl etməyib - sərmayə proqramını yerinə yetirməyib. Ötən ilin oktyabrında keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin həbsindən sonra Respublika Prokurorluğu bəyan etmişdi ki, o və «Texinvestkom» şirkətinin təsisçisi Ağabəy Hüseynov sözügedən müəssisələri qeyri-qanuni özəlləşdiriblər.



- Yaponiya Azərbaycana kənd təsərrüfatı texnikası almaqda kömək edəcək. «Aqrolizinq» ASC bu ölkənin ayırdığı qrant hesabına kənd təsərrüfatı texnikasının növbəti partiyasının - 30 taxılyığan kombaynın və traktorlara qoşulan 110 kənd təsərrüfatı maşınının alınması üçün müqavilələr hazırlayır.



- Ev quşlarında «quş qripi» xəstəliyi ilə bağlı kolbasa sexlərinə nəzarət gücləndirilib. Bu barədə Dövlət Standartlaşdırma, Metrologiya və Patent Agentliyinin rəhbəri Ramiz Həsənov bildirib. Məqsəd xəstə quşların ətindən istifadə edilməsinin qarşısını almaqdır.
XS
SM
MD
LG