Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:08

Azərbaycanda insanların «quş qripi»nə yoluxmaları təsdiqləndi<p align=`left`><br><br>


Səs: Real audio
Ümumdünya Səhiyyə Təşkilatının [ÜST] Azərbaycandakı mütəxəssisləri "quş qripi"nə yoluxmaqda şübhəli bilinən üç nəfərdə H5N1 virusu tapıldığını təsdiqləyiblər Bu haqda "Azadlıq" radiosuna məlumat verən Səhiyyə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Səmayə Məmmədova həmin şəxslərin kimliyi, onların dünyasını dəyişib-dəyişməməsi haqda heç nə demədi. O, bu haqda martın 14-də mətbuata ətraflı bilgi veriləcəyini söylədi.



Səmayə Məmmədova yalnız bunu əlavə etdi ki, ÜST-nin Azərbaycanda quraşdırdığı PSR laboratoriyasında aparılan tədqiqat zamanı Salyandan olan altı nəfərdə H5N1 virusu tapılmayıb. Səmayə Məmmədova məlumatların hazırda dəqiqləşdirildiyini söylədi.



Azərbaycanda köçəri quşlarda H5N1 virusu olması haqda məlumatı ilk dəfə bu il fevralın 9-da Londonun "Veybric" laboratoriyası təsdiqləyib. İndiyədək Azərbaycanda insanların "quş qripi"nə yoluxmadığı bildirilirdi. Amma dünyasını dəyişən iki nəfər Tərtər, dörd nəfər Salyan sakinin "quş qripi"nə yoluxması haqda ehtimallar səslənirdi. Martın 13-də mətbuat konfransı keçirən səhiyyə naziri Oqtay Şirəliyev də pnevmoniyadan dünyasını dəyişən şəxslərin "quş qripi"nə yoluxmalarından şübhələndiklərini demişdi.



Bununla belə, Oqtay Şirəliyev analizlərin bu günlərdə London laboratoriyasına da göndəriləcəyini bildirir. Onun sözlərinə görə, həmin laboratoriyada növbə uzun olduğundan, Azərbaycan analizləri martın 13-ü və ya 14-də göndərə biləcək. Nazirin sözlərinə görə, təkrar müayinə dəqiq məlumat əldə etmək üçün vacibdir.
XS
SM
MD
LG