Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:13

Stiven Mann: «2006-cı ilin yazı münaqişənin nizamlanması üçün mühüm məqamdır»<p align=`left`><br><br>


Səs: Real audio
Amerikalı həmsədr prezident İlham Əliyev və Xarici İşlər naziri Elmar Məmmədyarovla Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasıyla bağlı danışıqlar prosesinin hazırkı durumunu müzakirə olunub «2006-cı ilin yazı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün mühüm məqamdır. Fikrimizcə, 2006-cı ildə problemin həlli üzrə böyük uğurlar əldə edə bilərik».



Bunu Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Avrasiyada münaqişələr üzrə xüsusi nümayəndəsi, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Stiven Mann deyib.



Cənab Mann və ABŞ Dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisi Daniel Frid Bakıda səfərdədir. Martın 13-də Stiven Manı prezident İlham Əliyev və Xarici İşlər naziri Elmar Məmmədyarov qəbul edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasıyla bağlı danışıqlar prosesinin hazırkı durumu müzakirə olunub.



Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşdən sonra Stiven Mann deyib ki, əsas müzakirələr Daniel Fridin iştirakıyla keçiriləcək görüşlərdə olacaq: «Biz Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Müzakirələr Dövlət katibinin köməkçisi Daniel Fridin iştirakıyla davam edəcək. Mən ona Bakıda keçirdiym ilkin müzakirələr barədə məlumat verəcəm».



Daniel Frid və Stiven Mann Bakıda görüşlər və media üçün mətbuat konfransı keçirəndən sonra martın 14-də Gürcüstana, daha sonra Ermənistana səfər edəcək. Stiven Mann martın 20-də İstanbulda ATƏT-in Minsk Qrupu həmsədrlərinin toplantısında iştirak edəcək.

ABŞ Dövlət katibinin köməkçisi Daniel Fridin də Cənubi Qafqaz səfərindən sonra İstanbula gedəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG