Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:01

Gəncədə polis ailələri piket keçirib


Səs: Real audio
Onlar yaşadıqları binanın tikintisinin başa çatdırılmasını tələb edirlər Martın 13-də Gəncədə bir qrup polis ailəsi yaşadıqları binanın tikintisinin başa çatdırılması tələbi ilə Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirdi. Onlar deyirlər ki, Daxili İşlər Nazirliyi binanı 1980-ci illərin axırında ev növbəsində duran polislər üçün tikib, amma naməlum səbəbdən yarımçıq saxlayıb. Uzun illər kirayədə yaşayan polis ailələri tikintinin başa çatdırılmadığını görüb, 1994-cü ildə yarımçıq binaya köçüblər. 60 mənzilli binanın nə su, nə də kanalizasiya xətti var, damı isə sakinlərin hesabına örtülüb.



Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Şahmalı Cavadov isə, bildirir ki, onlar tikintini başa çatdırmaq üçün Daxili İşlər Nazirliyinə müraciət ediblər.



Gəncə Şəhər Polis İdarəsi rəisinin köməkçisi Nofəl Hacıyev də nazirlik qarşısında məsələ qaldırdıqlarını bildirir. Cənab Hacıyev deyir ki, tikintini başa çatdırmaq üçün 200 min dollar vəsait lazımdır. Sakinlər isə, hesab edirlər ki, bu məbləğin yarısı da problemi həll etmək üçün kifayət edər.



Piket iştirakçıları məsələ həll edilməyəcəyi təqdirdə, hər gün aksiya keçirəcəklərini bildirirlər.
XS
SM
MD
LG