Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:41

Təkrar seçki həyəcanı başlayır


Səs: Real audio
Gəncədə Gənclərin Məşğulluq Mərkəzinin yaradılması qərara alınıb Nəticəsi ləğv olunmuş on dairədə keçiriləcək təkrar seçkidə iştirak edən deputatlığa namizədlər martın 14-dən təbliğat-təşviqat kampaniyasına başlayacaqlar. Necə deyərlər, ötən seçkinin sözü-söhbəti bitməmiş yeni bir seçki həyəcanı başlanır. Bu dəfəki seçki isə, sadəcə, on dairəni əhatə edəcək



İndiyədək təxminən 150-yə yaxın şəxsin namizədliyi qeydə alınıb. 18 nəfər namizədliyini geri götürüb, 16 nəfərin isə, namizədliyinin qeydə alınmasından imtina olunub.



Belə məlum olur ki, hər dairədə 15-ə yaxın namizəd mübarizə aparmaqda iddialıdır. Namizədlər arasında üstünlük bitərəflərdədir, bundan başqa, seçkidə 30-a yaxın jurnalist də iştirak edəcək. Müxalifət partiyaları arasında ən çox namizədlə - yeddi nəfərlə Müsavat Partiyası seçkiyə qatılıb. Digər partiyalar bir və ya iki namizədlə seçkiyə qoşulub. AXCP, ADP, Milli Birlik, Milli İstiqlal və bir sıra başqa partiyalar seçkini boykot ediblər. Hakim Yeni Azərbaycan Partiyası isə, seçkidə beş dairə üzrə namizədlərini müəyyənləşdirib.



Seçilmək istəyənlər həvəsli görünsələr də, deyəsən, seçicilər o qədər də seçkiyə meylli deyillər. Məsələn, Gəncədəki 38 saylı Nizami ikinci seçki dairəsində səs verməli olan Zərnigar Kərimova belə ovqatdadır.

Amma bu cür düşünməyən seçicilər də var. Məsələn, 31 saylı Suraxanı seçki dairəsindən seçici İmran Hüseynov seçkiyə qatılmağı vətəndaş borcu sayır. Hələlik təbliğat başlanmadığından namizədlərlə tanış olmayan İmran Hüseynov bu dəfə daha layiqlilərin seçkiyə qatılacağına ümid edir.



Seçki texnoloqu Şirzad Məmmədlisə, seçicilərin təkrar seçkiyə həmişə həvəssiz yanaşdığını deyir. O, bunu prosesin tempinin zəif, ölkə miqyasında əhəmiyyətinin az olması ilə əlaqələndirir. Amma hesab edir ki, seçkinin saxtalaşdırıldığını iddia edən Zərnigar Kərimova kimi seçiciləri seçkiyə cəlb etməkdə hökumət də maraqlı olmalıdır.



Cənab Məmmədli düşünür ki, deputatlığa namizədlərin seçkiyə münasibəti də vəziyyəti dəyişə bilər. Əgər onlar vaxtdan istifadə edib təbliğatı düzgün qura bilsələr, seçicini maraqlandıra biləcəklər. Bunun üçünsə seçicilərlə az qala tək-tək işləmək lazım gələcək. Məsələn, qapı-qapı və ya telefon kampaniyası keçirmək, məhəllə görüşlərinin effektini artırmaq üçün vasitələr düşünmək mümkündür.



Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu isə, mayın 13-dəki seçkiyə seçiciləri cəlb etməyin çətin olacağını etiraf etsə də, onları fəallaşdırmaq üçün vasitələr tapacaqlarını deyir.



Amma müşahidəçilər bir məqamı önə çəkirlər ki, istər Müsavat, istər də Yeni Azərbaycan Partiyasının namizədləri sırasında bir-iki nəfər istisna olunmaqla cəmiyyətdə xüsusi nüfuzu ilə seçilən şəxslər yoxdur. Adətən seçiciləri də nüfuz sahibi cəlb etdiyindən, sıravi partiya üzvlərinin uğur qazanması çətin olacaq. Mehman Cavadoğlusa deyir ki, bilərəkdən bu dəfə partiyanın ikinci eşalonunda təmsil olunan şəxslərə şans veriblər və onların uğuruna əmindirlər.



Hakim Yeni Azərbaycan Partiyasının namizədliyini 119 saylı Ağdamkənd seçki dairəsindən irəli sürdüyü «Azərbaycan» qəzetinin redaktoru Bəxtiyar Sadıqov isə, iki səbəbdən uğur qazanacağına arxayındır. Əvvəla, o, partiyadaşlarının dəstəyinə arxalanır. İkincisi, bu dairənin seçicilərinin əksəriyyəti qaçqın və məcburi köçkünlər olduğundan yetərincə fəaldırlar.



«Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyev səsvermədə iştirakı borc bilən seçicilərin sayca az olduğunu düşünür. Çünki artıq parlamentin tərkibi formalaşıb və siyasi qüvvələr balansı bəllidir. On mandat isə heç nəyə tə

Günün bütün mövzuları

XS
SM
MD
LG