Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:29

Fransada ilk Azərbaycan restoranı


Səs: Real audio
Gəncədə Gənclərin Məşğulluq Mərkəzinin yaradılması qərara alınıb «Qlobus»un qonaqları:



- Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin sədri Rəhman Şahhüseynli;



- Norveç hökumətindən siyasi sığınacaq almış Vidadi Aranlı;



- Fransada ilk Azərbaycan restoranı açmış Mehriban Qasımova;



- və İran azərbaycanlılarından bəhs edən İnsafəli Hidayət.



- Bu yaxınlarda Yaponiyada fəaliyyət göstərən Azərbaycan–Yaponiya Dostluq Cəmiyyəti dövlət qeydiyyatından keçib. Dörd ilə yaxındır ki, fəaliyyət göstərən cəmiyyət Azərbaycanla bağlı müxtəlif tədbirlər keçirib. Cəmiyyətin sədri Rəhman Şahhüseynli deyir ki, təşkilatın dövlət qeydiyyatına alınması ona daha geniş fəaliyyət göstərməyə imkanlar yaradacaq.



- İkinci qonağımız Norveçdəki Azərbaycanlı Siyasi Mühacirlər Mərkəzinin rəhbəri Vidadi Aranlıdır. O, Müsavat partiyasının fəallarındandır. 2003-cü il prezident seçkisindən sonra siyasi səbəblərə görə Azərbaycanı tərk edib və Norveç hökumətindən siyasi sığınacaq alıb. Hazırda Norveçin Finsnes şəhərində yaşayır. Vidadi Aranlı deyir ki, sığınacaq üçün Norveç hökumətinə müraciət edən azərbaycanlılar böyük çətinliklərlə üzləşirlər.



- Növbəti həmsöhbətimiz Fransadandır. Mehriban Qasımova 7 il bundan qabaq Azərbaycandan Fransaya köçüb. Yarım il əvvəl Paris yaxınlığında "Bakı" adlı Azərbaycan restoranı açıb. Deyir ki, bu, Fransada ilk Azərbaycan restoranıdır.



- Və həmişəki kimi, sonda İnsafəli Hidayət İran Azərbaycanında qadınların vəziyyətindən bəhs edir. İnsafəli Hidayət deyir ki, son vaxtlar İranda qadınların vəziyyətində gözəçarpan müsbət dəyişikliklər baş verib.



ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG