Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:52

Oqtay Şirəliyev:«Quş qripi» ehtimalı ilə yalnız bir nəfər müalicə olunur»


Səs: Real audio
Tahir Tağızadə: «Ancaq biz Avropa Şurasının diqqətinə bir daha çatdırırıq ki, Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Həmin ərazilərdə baş verən tədbirlərdən hökumətin xəbəri yoxdur» Səhiyyə naziri Oqtay Şirəliyevin bildirdiyinə görə, hazırda xəstəxanada «quş qripi»nə yoluxması ehtimal edilən yalnız bir nəfər müalicə olunur. Gəncədə səfərdə olan nazirin dediyinə görə, virusdan dünyasını dəyişdiyi güman edilən dörd nəfərin qan nümunələri hələlik analiz üçün London laboratoriyasına göndərilməyib. Bunun səbəbi texniki amillərlə bağlıdır.



Səhiyyə naziri deyir ki, insanlarda «quş qripi»ni yerli laboratoriyada muəyyən etmək ucun Ümumdünya Səhiyyə Təşkilatının iki mutəxəssisi azərbaycanlı həkimlərlə calışır.



Oqtay Şirəliyev bu ayın əvvəlindən başlanan qızılca və məxmərəyə qarşı peyvənd kampaniyasının gedişi ilə tanışlıq məqsədilə Gəncəyə səfər edib.



Nazir həm də bildirdi ki, indiyədək işləməyən məcburi tibbi sığorta haqqında qanunun icrası üçün Nazirlər Kabinetinə təkliflər paketi hazırlayırlar. Cənab Şirəliyev deyir ki, təkliflərin hazırlanmasına tibbi sığorta sisteminin uğur qazandığı ölkələrin mütəxəssisləri cəlb olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG