Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:14

<i>«Yeni Azərbaycan»</i>: «Status-kvonu saxlamaq cəhdi baş tutacaqmı?»


Səs: Real audio
Amerikanın məşhur «Forbes» məcmuəsi martın 9-da dünyanın ən varlı adamlarının siyahısını dərc edib «Yeni Azərbaycan» qəzetindəki «Status-kvonu saxlamaq cəhdi baş tutacaqmı?» başlıqlı məqalədə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin məhz bu məqsəd üzərində kökləndiyi bildirilir. Müəllifin fikrincə, Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündən sonra yaranmış qeyri-müəyyən durum əslində, Minsk Qrupu formatının iflası deməkdir. Görünür, bu təşkilat münaqişənin aradan qaldırılmasına xidmət edən optimal variantlar irəli sürmək iqtidarında deyil, prosesə seyrçi mövqedən yanaşır. Müəllifin qənaətincə, münaqişə tərəfləri arasındakı ziddiyyətlər məhz Minsk Qrupu üzvləri arasında gedən gizli geosiyasi oyunlar ucbatından daha da dərinləşməkdədir.



«525-ci qəzet»də isə bildirilir ki, Rambuye görüşündən sonra Azərbaycan və Ermənistan tərəfinin bəyanatlarında hərbi tematikanın üstünlük təşkil etməsi, həmçinin son bir həftədə cəhbə xəttində atəşkəsin mütəmadi olaraq pozulması faktdır. Vasitəçilərin açıqlamaları göstərir ki, onlar Qarabağda münaqişənin yenidən alovlana biləcəyindən narahatdırlar. Müəllif hesab edir ki, son bir həftədə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində daldadal monitorinqlərin keçirilməsi də bunun təsdiqidir. Məqalədə deyildiyinə görə, Vaşinqton hətta Yerevandakı amerikalıları Ermənistan-Azərbaycan sərhəddinə yaxın rayonlara səfər etməməyə də çağırıb.



«Gün Səhər» qəzetinin müxbiri Milli Təhlükəsizlik Nazirliyinin bir il bundan əvvəl «Qara kəmər» şərti adı altında əməliyyat keçirdiyi «Qara bulaq» İstirahət Mərkəzinin yerləşdiyi Qayakəndə baş çəkib. Qayakəndlilər «Qara bulağ»ın sahibi, Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun həbsindən sonra kənddə vəziyyətin ağır olduğunu deyirlər. Sakinlər rayona yeni gələn polis rəisinin onlara zülm etdiyindən şikayətlənirlər. «Qara bulaq» İstirahət Mərkəzinin bağlanması isə orada çalışan sakinləri işsiz, taksi şoferlərini isə müştərisiz qoyub. Qayakəndlilər həm də uzun illərdir ki, qatığı, südü, yumurtanı «Qara bulağ»a satıb dolanırmışlar. İndi isə kəndin cavanları iş dalıyca başlarını götürüb Rusiyaya gedirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG