Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:36
Rubrikalar

Novruzadək bütün təqaüdçülər mart ayının pensiyasını ala biləcəklər


Səs: Real audio
Amerikanın məşhur «Forbes» məcmuəsi martın 9-da dünyanın ən varlı adamlarının siyahısını dərc edib - Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov martın 10-da keçirdiyi mətbuat konfransında deyib ki, bu ildən baza pensiyalar ölkədəki inflyasiyanın səviyyəsinə uyğun, ildə heç olmasa, bir dəfə artırılacaq.



Səlim Müslümov deyib ki, Moskvanın "Basman" bazarında həlak olanların ailələri Azərbaycanda da uzunmüddətli kompensasiya ala bilərlər. Onun sözlərinə görə, həlak olmuş adam Azərbaycanda ən azı 5 il işləyibsə, onun yaxınları kompensasiya almaq üçün Sosial Müdafiə Fondunun yerli şöbələrinə müraciət etməlidirlər. İndiyədək işləməyənlər isə bu müavinətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələrindən ala bilərlər.



- ««Azərenerji»nin texniki imkanları «Barmek»in nəzarətində olan əraziləri elektriklə təchiz etməyə imkan verir».



Bunu «Azərenerji»nin vitse-prezidenti Marlen Əsgərov martın 10-da keçirdiyi mətbuat konfransında deyib. Amma əlavə edib ki, bu məsələlər «Azərenerji»nin yox, hökumətin səlahiyyətindədir.



Bakı, Sumqayıt və ölkənin şimal rayonlarının elektrik şəbəkələrini idarə edən «Barmek» şirkəti haqqında mənimsəmə və korrupsiya faktı üzrə Baş Prokurorluqda cinayət işi açılıb. Dövlət başçısı göstəriş verib ki, «Barmek»in fəaliyyəti araşdırılsın. «Barmek» ittihamları qəbul etmir.
XS
SM
MD
LG