Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:05

Dünyanın ən varlı adamlarından ikisi azərbaycanlıdır


Səs: Real audio
Amerikanın məşhur «Forbes» məcmuəsi martın 9-da dünyanın ən varlı adamlarının siyahısını dərc edib Siyahıda 1-ci yerdə "Microsoft" şirkətinin prezidenti Bill Qeyts dayanır. 50 yaşlı amerikalı biznesmenin 50 milyard dollar pulu var.



İlk onluğa ABŞ-la yanaşı, Meksika, Honq-Konq, Kanada, İsveç, Hindistan, Səudiyyə Ərəbistanı və Fransa milyarderləri daxildir.



Siyahıda Rusiyada fəaliyyət göstərən azərbaycanlı biznesmenlər – Vahid Ələkbərov və Süleyman Kərimovun da adı var. 55 yaşlı Vahid Ələkbərovun 11 milyard dollar, 40 yaşlı Süleyman Kərimovun isə 7.1 milyard dollar pulu var.
XS
SM
MD
LG