Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 10:20

İsa Qəmbər: «Müxalifətin birliyi üçün zamana ehtiyac var»


Səs: Real audio
Müsavat partiyası başqanı İsa Qəmbər bildirir ki, real müxalifətin hamısının və ya əksəriyyətinin iştirak edəcəyi məşvərət və ya koordinasiya şurasına ehtiyac var. Amma indiki müxalifətdaxili münasibətlər fonunda bu real görünmür İsa Qəmbər martın 10-da keçirdiyi mətbuat konfransında bunu da dedi ki, müxalifətin birliyi üçün bir qədər zamana ehtiyac var. Onun sözlərinə görə, indiki mərhələdə hansısa mərkəzin yaranması müxalifətdaxili parçalanmanın rəsmiləşməsinə səbəb olacaq. Ona görə də müxalifətin Koordinasiya Şurasının bərpası və ya yeni müxalifət bloklarının yaradılması ilə bağlı çoxsaylı müraciətlər hələlik müzakirə mövzusu deyil.



İsa Qəmbər həmçinin Müsavat partiyasının 2006-cı il üçün fəaliyyət proqramı haqda məlumat verdi və mayda partiyanın qurultayını keçirəcəklərini də söylədi.
XS
SM
MD
LG