Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:47

«Quş qripi»nə yoluxmaqda şübhəli bilinən daha bir nəfər vəfat etdi


Səs: Real audio
Səhiyyə Nazirliyi Şahmar Əsgərovun ikitərəfli pnevmoniya və tənəffüs çatışmazlığından öldüyünü desə də, son diaqnozun London laboratoriyasında təyin olacağı bildirilir «Quş qripi» virusuna yoluxmaqda şübhəli bilinən daha bir nəfər - Salyan rayon Dayıkənd sakini 16 yaşlı Şahmar Əsgərov dünyasını dəyişib. O, bir neçə gün idi ki, Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda yatırdı. Səhiyyə Nazirliyi Ş.Əsgərovun ikitərəfli pnevmoniya və tənəffüs çatışmazlığından öldüyünü desə də, son diaqnozun London laboratoriyasında təyin olacağı bildirilir. Nazirliyin Mətbuat Xidmətindən Səmayə Məmmədova qan analizlərinin hələ də London laboratoriyasına göndərilmədiyini deyir, bildirir ki, analizləri aparmaq üçün xüsusi konteyner və mütəxəssislər gəlməlidir. Ancaq martın 9-da Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Mariya Çenq «Azadlıq» radiosuna deyib ki, xəstələrdən və ölənlərdən götürülən qan nümunələri London laboratoriyasına göndərilib.



Səhiyyə Nazirliyi son dörd gündə Salyandan yeni xəstələrin müraciət etmədiyini bildirsə də, rayonun baş həkimi İbrahim Cəfərov Dayıkənddə daha bir neçə şübhəli pasiyentin aşkarlandığını söyləyir.



Şahmar Əsgərov ötən həftə kəskin pnevmoniyadan öldüyü deyilən Nabat Əsgərovanın qardaşıdır. Son bir həftədə dünyasını dəyişmiş Salyan rayon sakinləri - Xatirə Abbasovaya ağ ciyər xərçəngi, Günel Qasımovaya isə, ilkin olaraq pnevmoniya diaqnozu qoyulub. Bununla da martın 3-dən bəri Salyan rayonundan dörd nəfər dünyasını dəyişib.



Martın 10-da Asiya İnkişaf Bankı Kənd Təsərrüfatı Nazirliyinə «quş qripi»lə mübarizə məqsədilə 50.000 ABŞ dolları məbləğində avadanlıq verib. Bura 6.000 qoruyucu geyim, N-95 respirator, əlcəklər, 500 ədəd qoruyucu gözlük daxildir.



Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazovun dediyinə görə, bu avadanlıq əsasən Xəzəryanı bölgələrə paylanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG