Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:29

Həmsədrlər prezidentləri xalqlarını sülhə hazırlamağa çağırıb<p align=`left`><br><br>


Səs: Real audio
Həmsədrlərin növbəti görüşünün martın 20-də İstanbulda keçirilməsi planlaşdırılır ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərinin bu yaxınlardakı danışıqlarının nəticəsiz qalmasından təəssüfləndiklərini bildirib və onları 2006-cı ildə sülhə nail olmaq üçün fəal işləməyə çağırıb.



«Turan» İnformasiya Agentliyinin yaydığı məlumata görə, 7-8 mart Vaşinqton görüşünün yekunlarına həsr olunmuş xüsusi bəyanatda deyilir ki, həmsədrlər 10-11 fevral Rambuye görüşünün nəticələrini nəzərdən keçirib. Regionda hazırkı durumu qiymətləndirən həmsədrlər bildirib ki, «son yarım ildə böyük irəliləyiş əldə olunub». Onlar təəssüflə qeyd edib ki, son həftələr bu proses davamsız qalıb, halbuki, «bunun üçün böyük imkanlar olub».



Həmsədrlər tərəfləri 2006-cı ildə razılıq əldə etmək üçün gələcək nizamlanmanın «baza prinsiplərini qoymağa» çağırıb.



Vasitəçilər əvvəlkitək inanır ki, obyektiv şərtlər davamlı irəliləyişə nail olmaq üçün 2006-cı ili daha əlverişli edəcək. Onlar Azərbaycan və Ermənistan hökumətlərini nəticə əldə etmək üçün ciddi çalışmağa çağırıb. Həmçinin həmsədrlər hər iki ölkə hökumətini «öz xalqlarını müharibəyə yox, sülhə hazırlamağa» çağırıb.



Həmsədrlərin regiona növbəti səfəri tərəflərin hazırlığının qiymətləndirilməsindən sonra baş tutacaq. Növbəti görüşün martın 20-də İstanbulda keçirilməsi planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG