Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:32

<i>«Ayna»</i>: «Qarabağı ver, İrana gir!»


Səs: Real audio
Təhsil Nazirliyi Bakı və Sumqayıt şəhərlərindəki məktəblərdə «quş qripi»lə bağlı maarifləndirmə işlərinə başlayıb «Yeni Azərbaycan» qəzetindəki «Taxıl Şurası ölkənin ərzaq təhlükəsizliyini təmin edəcək» başlıqlı məqalədə bildirilir ki, hökumət Taxıl Fondu yaradaraq ildə 1 milyon 537 min ton ehtiyat məhsul yığmaq istəyir. Bu məqsədlə Azərbaycan hökuməti beynəlxalq maliyyə institutlarının köməyi ilə ölkənin ərzaq təhlükəsizliyi proqramını hazırlamağa başlayıb. Strateji konsepsiyanın əsas detallarının işlənməsi Kənd Təsərrüfatı Nazirliyinin müvafiq bölmələrinə və qurumlarına həvalə edilib. Nazirlik ölkədə ərzaq ehtiyatını təşkil etmək üçün ilk növbədə Taxıl Şurasının yaradılmasını zəruri hesab edib.



«Ayna» qəzetindəki «Qarabağı ver, İrana gir!» başlıqlı məqalədə ABŞ-dakı diplomatik mənbələrə istinadən bildirilir ki, Vaşinqton Bakı ilə münasibətlərində müəyyən ziddiyyət olduğunu hiss edir və hazırda bunun yoluna qoyulması üçün danışıqlar aparılır. Məlumata görə, Vaşinqton üçün əsas problem Azərbaycan rəhbərliyinin ABŞ-ın İranla bağlı planlarında iştirak etməkdən yayınmasıdır. ABŞ üçün həssas olan bu məqamda Azərbaycan işğal altında olan torpaqların geri qaytarılması istiqamətində Bakıya dəstək olunmasını arzu edir.



«Azadlıq» qəzetindəki «Fikrət Hüseynliyə jurnalist fəaliyyətinə görə sui-qəsd edilib» başlıqlı məqalədə bildirilir ki, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus qəzetin əməkdaşı Fikrət Hüseynliyə qarşı sui-qəsd faktını söz azadlığının kobud şəkildə pozulması kimi dəyərləndirib. Onun sözlərinə görə, mütəmadi olaraq hakimiyyətdaxili çəkişmələrdən və onun başında dayanan yüksək rütbəli məmurlardan yazan F.Hüseynli məhz jurnalist fəaliyyətinə görə sui-qəsdə məruz qalıb.
XS
SM
MD
LG