Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:21

Türkiyə diasporası ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq


Səs: Real audio
Fuad Ağayev: «Onun müalicəsi yalnız stasionar şəraitdə mümkündür» Martın 16-da Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının ikinci qurultayında Azərbaycan diasporasının fəliyyət konsepsiyası və Türkiyə diasporası ilə əməkdaşlıq məsələləri də müzakirə olunacaq. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov martın 9-da keçirdiyi mətbuat konfransında belə deyib. Qurultyada türk diasporasının rəhbərlərinin də iştirak edəcəyini deyən cənab İbrahimovun sözlərinə görə, hər iki diasporanı səylərini birləşdirməyə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, hər iki ölkədə törədilən qətliamlar haqda dünya ictimaiyyətinə məlumat vermək yönündə birgə işləməyə dəvət edəcəklər. Eyni zamanda qurultayda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimaiyyətinə müraciət qəbul ediləcək.



Qurultayda 44 ölkədən 600-ə yaxın, Azərbaycandan isə 650 təmsilçi iştirak edəcək.
XS
SM
MD
LG