Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:38

Xəstəxanalarda tək sağalmaq yox, xəstələnmək də olur


Səs: Real audio
Müavinəti ancaq ünvanlı sosial yardım almaq hüququ olan ailələr əldə edə biləcəklər «Bizi Allah saxlasın. Heç bir dənə xəstəxana yoxdur ki, standartlara uyğun olsun»



Bu, Helsinki Vətəndaş Assambleyasının Tibb Komissiyasının rəhbəri Tamilla Kərimova idi. O deyir ki, özəl tibb müəssisələrini çıxmaq şərtilə Bakı şəhərindəki xəstəxanalarda rəhbərlik etdiyi təşkilat vaxtaşırı monitorinqlər aparır. Müsahibim bildirir ki, məsələn, elementar dezinfeksiya işləri aparmaq üçün lazım olan kimyəvi maddələri xəstəxananın kollektivindən pul toplayıb alırlar. Və hətta elə hallar olur ki, ayaqyoluları, cərrahiyə otaqlarını belə dezinfeksiya etmək aylarla müşkülə çevrilir.



Tamilla Kərimova bildirir ki, bu kimi səbəblərə görə də Bakı xəstəxanalarında başqa təyinatlarla müalicə alan xəstələr sonradan bağırsaq çöpləri virusuna, hepatit A və hepatit B-yə yoluxa bilirlər. Hətta vərəmə və müxtəlif ağ ciyər xəstəliklərinə tutulanlar da olur.



Bu deyilənlərdən sonra özüm də bir neçə tibb obyektinə baş çəkdim. Yüksək səviyyədə təmir olunduğu bildirilən Əliheydər Qarayev adına 1 saylı Uşaq Xəstəxanasına yollandım. Burda döşəmədən, bir də qapılardan başqa nəyinsə dəyişildiyinə şahid olmadım. Yaz qabağı dirçələn qara ağcaqanaddan tutmuş xəstəxananın tavanında yuva salan hörümçəyə qədər xeyli həşərat var ki, illərdən bəri neçə-neçə xəstə qarşılayıb yola salıblar.



Palataların vəziyyətinə gəlincə, darısqallıqdır. Məsələn, bir otaqda 8-12 çarpayı qoyulub. Son dəfə nə vaxt təmizləndiyi məlum olmayan pambıq döşəklərsə bu xəstəxananın balaca sakinlərinin altına salınır. Amma bəzi xəstələr bu döşəyin üstünə evlərindən gətirdikləri ikinci döşəyi qoyublar. Xəstəxanada yatan balaca Aytacın anası Nigar xanım kimi. O deyir ki, burda həkimlərin savadlarına şübhə yoxdur. Elə həkimlərə hörmətinə görə Nigar xanım səsini lentə yazmağıma razılaşmadı.



Xəstəxananın mətbəxinə keçirəm. Dəmirdən hazırlanmış iki nimdaş əlüzyuyan quraşdırılıb. Suyun daimi olmasına baxmayaraq, kranlar sıradan çıxdığı üçün ümumi xəttə rezin boru salınıb ki, istifadə edilsin. Mətbəxdəki dördgözlü qaz pilətəsinin iki gözü işləmir və hamı cəmi bir soyuducudan istifadə edir.



Keçmiş Musa Nağıyev adına xəstəxanada isə köçəköç, qaçaqaçdır. Çünki Səhiyyə Nazirliyi qərara alıb ki, bu xəstəxananı 1 saylı Təcili Tibbi Yardım Xəstəxanası ilə birləşdirib Kliniki Tibbi Mərkəz yaratsın. Burda işçilər də, elə xəstələr də çaş-baş qalıblar.



Burda da ayaqyolunda gördüklərim o qədər də ürəkaçan deyildi. Milçək vızıltısı, nimdaş su qabı. Bəlkə də illərdən bəri nəinki təmir, heç dezinfeksiya üzü görməyən bu ayaqyolundan xəstəxana heyəti, hətta xəstələr də istifadə edirlər. Uşaq xəstəxanasında olduğu kimi, burda da müalicə alanlar danışmaq istəmirlər. Qorxmurlar, sadəcə, "özümüzə problem yaratmaq istəmirik" deyirlər.



Baş çəkdiyim xəstəxanaların rəhbərliyi başları qarışıq olduğu üçün onlarla görüşə bilmədik. Amma Səhiyyə Nazirliyinin sektor müdiri Viktor Qasımovla əlaqə yarada bildim. Cənab Qasımov dedi ki, xəstəxanalardakı sanitar-gigiyena vəziyyəti barədə məlumatları bir Bakı Baş Səhiyyə İdarəsi, bir də Bakı Sanitar Epidemiologiya Mərkəzi verə bilər.



Bakı Sanitar Epidemiologiya Mərkəzindən xəstəxanalarda aparılan sanitar nəzarət və nəticələrlə bağlı məlumatları əldə etmək cəhdlərimiz baş tutmadı. Baxmayaraq ki, mərkəz rəhbərliyi iki gün əvvəl görülən işlər və nəticələrlə bağlı məlumatları topladıqlarını bildirmişdi.



Bakı Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova isə deyir ki, Bakı şəhərində özəl xəstəxanaları çıxmaq şərtilə irili-xırdalı

Günün bütün mövzuları

XS
SM
MD
LG