Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:54

Muğamı yaşadanlar


Səs: Real audio
Azərbaycan hökumətinin insan haqları sahəsində göstəricisi aşağı olaraq qalır və o, insan haqlarını pozmaqda davam edir. 6 noyabr parlament seçkiləri bu göstəriciyə ciddi təsir edib MUĞAM MÜSABİQƏSİ BU SƏNƏTİN GƏLƏCƏYİ HAQDA NİKBİN DÜŞÜNMƏYƏ ƏSAS VERİR



Üzeyir Hacıbəyovun 120 illik yubileyi ilə bağlı «Space» telekanalının keçirdiyi muğam müsabiqəsi artıq 3 aydan çoxdur ki, davam edir. 20 iştirakçıdan hazırda finala 12 ifaçı qalıb.



Həmsöhbətlərim müsabiqə iştirakçıları – Vüsalə, Təyyar, Aytən, Gülnar, Bəyimxanım, Babək və Vəfadır. Deyirlər ki, bu müsabiqədə yeganə qazancları ifaçılıq sənəti ilə bağlı olmayıb. Canlı efir onlara həm də səhnə mədəniyyətini öyrədib.



Layihənin rəhbəri Nadir Axundov isə deyir ki, bu müsabiqə təkcə yeni istedadları üzə çıxarmadı, həm də muğam sənətinin gələcəyi barədə mövcud pessimist düşüncələrin əsassız olduğunu sübut etdi.



Müsabiqənin şərtlərinə görə, iştirakçıları təkcə sənətkarlardan ibarət münsiflər heyəti qiymətləndirmir. Onların müsabiqəni tərk edib-etməyəcəkləri daha çox həftə ərzində tamaşaçıların göndərdikləri SMS-lərdən asılı olur. İştirakçıları da razı salmayan elə bircə bu şərtdir.



Layihənin rəhbəri Nadir Axundov da əksər tamaşaçılarda hələ də qohumbazlıq, yerlibazlıq kimi xüsusiyyətlər qaldığından, onların obyektiv səs verməməsi fikri ilə razıdır. Amma deyir ki, bu da müsabiqənin bir şərtidir və sonadək qorunmalıdır.



Ancaq bu amillər müsabiqə iştirakçılarını ruhdan salmır. Növbəti səfərlərə də böyük həvəslə hazırlaşırlar. Sumqayıt, Şamaxı və Lənkəranda konsert verən iştirakçıları qarşıda Gəncə, Ağcabədi, Naxçıvan və Ağdamda da eyni sınaqlar gözləyir. Qaliblər isə aprelin 10-u Respublika Sarayında keçiriləcək konsert proqramında elan olunacaq.



MARTIN 12-Sİ ÜMUMDÜNYA KİTAB GÜNÜDÜR



Kitabsevənlər Ümumdünya Kitab gününü «British Council»da da qeyd edə bilərlər. Həmin gün «British Council»da gəncləri mütaliə etməyə həvəsləndirən müxtəlif tədbirlər keçiriləcək.



«Good reads» adlı kitab sərgisində gənclər Britaniya ədəbiyyatı ilə tanış olacaqlar. Bundan başqa, azyaşlılardan tutmuş gənclərə qədər hər kəs üçün «Kitabı necə düzgün seçməli», «Hekayəni necə söyləməli» və başqa mövzularda sessiyalar təşkil olunacaq.



İnformasiya xidmətləri üzrə assistent Gövhər Məmmədova deyir ki, həmin gün qapılar hər kəsin üzünə açıq olacaq.



Ümumdünya Kitab günü UNESCO tərəfindən bütün dünyada kitab və mütaliə bayramı kimi təsdiq edilib. Keçən il dünyanın 30-dan artıq ölkəsində qeyd edilib. Bu günü bütün dünyada qeyd etməklə, UNESCO mütaliəni və nəşriyyatı təbliğ edir.



ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG