Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:23

«Quş qripi»nə yoluxmada şübhəli bilinən daha bir Salyan sakini vəfat edib


Səs: Real audio
Fövqəladə Hallar Nazirliyi Dayıkənddə dezinfeksiya işləri aparır

Salyan rayonunun Dayıkənd kəndinin «quş qripi»nə yoluxmada şübhəli bilinən daha bir sakini - Günel Qasımova martın 8-də Ağ Ciyər Xəstəlikləri İnstitutunda dünyasını dəyişib. Bu barədə məlumat verən Salyan Rayon Xəstəxanasının baş həkimi İbrahim Cəfərovun sözlərinə görə, mərhum Ağ Ciyər Xəstəlikləri İnstitutuna üç gün əvvəl gətirilmişdi. Bundan əvvəl də həmin kəndin, «quş qripi»nə yoluxmaqda şübhəli bilinən iki sakini dünyasını dəyişmişdi. O vaxt Səhiyyə Nazirliyi həmin adamlardan birinin xərçəngdən, digərinin isə pnevmoniyadan vəfat etdiyini bildirmişdi. Martın 8-də həyatını itirən Günel Qasımova da onların qonşularıdır. İbrahim Cəfərov deyir ki, xəstəliyin diaqnozu yalnız London laboratoriyasının rəyindən sonra məlum olacaq.



Cənab Cəfərov bildirir ki, son günlər Salyan rayonundan ümumilikdə «quş qripi»nə yoluxmaqda şübhəli bilinən 13 nəfər xəstə gətirilmişdi. Onların əksəriyyəti sağaldıqlarından yenidən rayona qaytarılıblar.



Xəstələrdən götürlən nümunələr isə, hələ ki, London laboratoriyasına göndərilməyib. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Səmayə Məmmədovanın sözlərinə görə, onlar bundan ötrü hələ ki, növbə gözləyirlər.



Fövqəladə Hallar Nazirliyinin 20 nəfərdən ibarət çevik mülki müdafiə heyəti isə artıq Salyan rayonunun Dayıkənd kəndində «quş qripi»lə mübarizə tədbirlərinə başlayıblar. Kənddə dezinfeksiya işləri aparılır. Salyan Rayon Xəstəxanasının baş həkimi İbrahim Cəfərov deyir ki, yollar, keçidlər və quş damları dərmanlanıb. Onun sözlərinə görə, bu kənddə virusun yayıldığı təsdiqlənməsə də, hökumət orqanları bütün zəruri tədbirləri görürlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG