Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:29

<i>«Üç nöqtə»</i>: «Qanunsuz maşın bazarları yığışdırılacaq»


Səs: Real audio
«Barmek» şirkəti elektrik sayğaclarını Çindən 3-5 dollara alır, amma əhaliyə 16 dollara satır. Bu sayğacların əksəriyyəti düzgün işləmir» Koçaryanın qeyri-ciddi siyasətçi olması münaqişənin həllinə mane olur. Politoloq Rasim Musabəyov "Yeni Azərbaycan" qəzetinə müsahibəsində belə deyir. Onun fikrincə, indi Ermənistan elə də böyük güc sahibi deyil. Rusiya, Amerika və Fransanın istəkləri olsa, Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həllində yola gətirmək olar. Ən azından, bu ay ABŞ-ın "Milenium" proqramı çərçivəsində bu ölkə ilə Ermənistan arasında danışıqlar başlayacaq. Ola bilər ki, Birləşmiş Ştatlar Ermənistanın qarşısında şərt qoysun ki, konstruktiv mövqe sərgiləsin. Rasim Musabəyov yaxın vaxtlarda müharibənin başlayacağını da inandırıcı hesab etmir.



"Üç Nöqtə" qəzetində bildirilir ki, nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirən avtomobillərin qanunsuz satıldığı bazarların yığışdırılmasına başlanıb. Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bunu yollarda həyata keçiriləcək kompleks tədbirlərlə əlaqələndirib. Onun sözlərinə görə, yeni yolların, körpülərin, dayanacaqların inşa edilməsinə maneçilik törədən bütün obyektlər və maşın bazarları qısa müddət ərzində yığışdırılacaq. Namiq Həsənov onu da bildirib ki, yollarda yeni tikintilər üçün 16 milyon dollar vəsait ayrılıb. Bu məqsədlə 6 layihə hazırlanıb, yol infrastrukturunun yenidən qurulması üçün bir çox ölkələrdən, o cümlədən Türkiyə və Rusiyadan mütəxəssislərin cəlb olunması nəzərdə tutulub.



"Bakı Xəbər" qəzetindəki "Hakimiyyət Türkiyə ilə hərbi ittifaqdan niyə çəkinir?" başlıqlı məqalədə bildirilir ki, Türkiyə Azərbaycana tələb olunan səviyyədə əsgəri yardım göstərmək imkanından hələ ki, məhrumdur. Bunun başlıca səbəbi iki ölkə arasında hərbi ittifaqa dair müqavilənin olmamasıdır. İndiyə qədər belə müqavilənin imzalanması üçün rəsmi Bakı hər hansı təşəbbüslə çıxış etməyib. Halbuki, belə bir ittifaqın həyata keçirilməsində hər hansı problem yoxdur və bu, regionda digər əsas geosiyasi oyunçu sayılan Amerikanın da maraqlarına cavab verir.
XS
SM
MD
LG