Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:27
Rubrikalar

Azərbaycanda maliyyə amnistiyasına ehtiyac varmı?


Səs: Real audio
10-a yaxın qəzet və agentliyinin təmsil olunduğu Redaktorlar Birliyi «Azadlıq» qəzetinin əməkdaşı Fikrət Hüseynliyə xəsarət yetirilməsinə etiraz olaraq kütləvi aksiyalara başlamaq niyyətindədir Ana Vətən partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Azərbaycanda maliyyə amnistiyasının elan olunmasını istəyir. Partiya sədri hesab edir ki, bu gün ayrı-ayrı şəxslər xarici banklardakı vəsaitlərini Azərbaycana gətirə bilmirlər. Parlament maliyyə amnistiyası ilə bağlı qanun qəbul etsə, həmin pullar investisiya şəklində ölkə iqtisadiyyatına yönələr. Bu da yeni iş yerlərinin açılmasına gətirib çıxara bilər.



Azərbaycanda "kölgə iqtisadiyyatı"nın həcmini dövlət büdcəsi ilə eyniləşdirən ekspertlər hesab edirlər ki, amnistiya ölkəyə ən azı 4-5 milyard dollar pulun gəlməsi deməkdir.



Korrupsiyaya qarşı Mübarizə Fondunun hüquqşünası Nəzirməmməd Kazımov konkret rəqəm deməkdə çətinlik çəksə də, ölkə xaricində milyonlarla dollar "çirkli" pul olduğunu düşünür. ABŞ, Almaniya, İtaliya və elə MDB ölkələrindən Qazaxıstan təcrübəsinə toxunan cənab Kazımov deyir ki, amnistiya elan olunarsa, həmin pulların xeyli hissəsinin ölkəyə gətiriləcəyinə şübhə etmir.



Hüquqşünasa görə, bütün "çirkli" pulların leqallaşdırılması üçün qanunvericilik bazası mükəmməl, təminatlı və beynəlxalq standartlara uyğun olmalıdır. Əks halda, pul sahibləri yenə öz əmlaklarını gizlətməyə və ya yaxınlarının adına sənədləşdirməyə çalışacaqlar. Dövlət bu məsələdə səmimi olmalıdır ki, "çirkli" pul sahibi də bu səmimiyyətə inanıb, pullarını leqallaşdırmaqdan çəkinməsin.



Müstəqil ekspert Pərviz Heydərov da hesab edir ki, maliyyə amnistiyasının verilməsi ilə iş bitməməlidir. Daha sonra leqallaşdırılan pulların istifadəsinə münbit iqtisadi şərait yaradılmalıdır ki, vaxtilə xalqın malını "yeyənlər" amnistiyadan sonra pullarını sərbəst xərcləyə bilsinlər.



Azərbaycandakı 200 şirkət arasında maliyyə amnistiyası ilə bağlı sorğu keçirdiklərini deyən "Şəffaflıq-Azərbaycan" təşkilatının icraçı direktoru Rəna Səfərəliyevanın sözlərinə görə, rəyi soruşulanların 54 faizi bunun əleyhinə olduqlarını və ya birmənalı fikir söyləməkdə çətinlik çəkdiklərini bildiriblər. Elə bu baxımdan da amnistiya elan etməyin hələ tez olduğunu düşünən xanım Səfərəliyeva hesab edir ki, bunun üçün bir müddət sahibkarların, məmurların və ayrı-ayrı ekspertlərin iştirakı ilə geniş müzakirələr keçirilməli, maarifləndirmə işləri aparılmalıdır...



ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG