Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:02

Redaktorlar Birliyi etiraz aksiyalarına hazırlaşır<p align=`left`><br><br>


Səs: Real audio
10-a yaxın qəzet və agentliyinin təmsil olunduğu Redaktorlar Birliyi «Azadlıq» qəzetinin əməkdaşı Fikrət Hüseynliyə xəsarət yetirilməsinə etiraz olaraq kütləvi aksiyalara başlamaq niyyətindədir Bu barədə Redaktorlar Birliyinin martın 7-də keçirlən toplantısında qərar verilib. Ancaq kütləvi aksiyaların vaxtının müəyyən edilməsi növbəti müzakirələrə saxlanılıb.



Fikrət Hüseynlinin deməsinə görə, onu martın 5-i naməlum adamlar oğurlayaraq, soyuq silahla öldürməyə cəhd göstəriblər.



«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyir ki, kütləvi informasiya vasitələri indi senzuranın mövcud olduğu illərlə müqayisədə daha ağır şəraitdə işləmək məcburiyyətindədirlər. Onun sözlərinə görə, əgər əvvəllər "senzor qayçısı" jurnalistlərin azadlığını boğurdusa, indi də ölümlə təhdidlər sərbəst şəkildə fəaliyyət göstərməyə imkan vermir.



Milli Məclisin martın 7-də keçirilən iclasında isə millət vəkili Pənah Hüseyn ölkədə söz azadlığına təhlükə yarandığını, jurnalistlərin döyülməsi və daha ağır hallara görə indiyə qədər bir nəfər də məsuliyyətə cəlb edilmədiyini bildirib.



Hakim Yeni Azərbaycan partiyasından olan millət vəkilləri isə qeyd ediblər ki, bəzi jurnalistlərin zorakılığa məruz qalması heç də hakimiyyət siyasəti kimi təqdim olunmamalıdır.



Fikrət Hüseynli isə deyir ki, boğazından aldığı bıçaq yarası tədricən bitişsə də, başında ağrılar hələ də qalmaqdadır. O, basqınçıları tanımasa da, basqının səbəbini onun yazılarında axtarmağı lazım bilir.



Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyir ki, hazırda bu hadisəylə bağlı araşdırma aparılır və yalnız araşdırmadan sonra hadisənin səbəblərinə aydınlıq gətirmək mümkündür.



"Sərhədsiz Reportyorlar" təşkilatı da «Azadlıq» qəzetinin əməkdaşı Fikrət Hüseynliyə olan hücumu pisləyən bəyanat qəbul edib. Azərbaycanda mətbuatın vəziyyətinin pisləşdiyini bildirən "Sərhədsiz Reportyorlar" dövlət başçısı İlham Əliyevi Fikrət Hüseynliyə xəsarət yetirənləri cəzalandırmağa çağırıb.
XS
SM
MD
LG