Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:55

Azərbaycan əsgəri həlak olub


Səs: Real audio
Martın 7-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində atəşkəs son bir neçə ayda ən ciddi şəkildə pozulub Azərbaycan Müdafiə Nazirliyi bir əsgərinin həlak olması barədə məlumat yayıb. Ermənistan silahlı qüvvələri isə ötən həftə atəşkəsin pozulması nəticəsində bir əsgərinin öldüyünü bildirir.



Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, martın 6-da Ermənistan Silahlı Qüvvələrinin Fizuli rayonunun işğal edilmiş Aşağı Seyidəhmədli kəndindəki mövqelərindən açdığı atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Nazimov Mühiddin Vəli oğlu yaralanıb, vəziyyəti ağırdır.



Matın 7-də isə Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunun Qızıloba kəndində yerləşən mövqelərindən açdığı atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Cahangirov Pərviz Asif oğlu həlak olub.



Həm Azərbaycan, həm də Ermənistan bir-birini atəşkəsin pozulmasına görə günahlandırır.



Ötən ay Fransada Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda irəliləyişə nail olmayandan sonra bölgədə gərginlik artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG