Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:05

Ayrı-seçkilik doğumdan qabaqmı başlayır?


Səs: Real audio
Hüseyn Arabul: «Gəldilər, istədilər, verdik, nə edəydim, dava edəydimmi?» Azərbaycanda ultrasəs müayinəsi [UZİ] getdikcə daha çox tətbiq olunmaqdadır. Hətta müasir ultrasəs aparatına yiyələnən müəssisələrin biznesi daha uğurlu sayılır. Xüsusən də doğumla bağlı tibb müəssisələrində.



Mütəxəssislər deyirlər ki, oğlan uşağı arzulayan ailələr qız uşağı arzulayanlardan daha çoxdur. Müayinəyə gələn hamilə qadınlarla müxbirimizin söhbətindən də bu görünür.



Gündə onlarla qadını müayinə edən həkim-diaqnost Zülfiyyə Yaqubova "Azadlıq" radiosuna müsahibəsində bir çox hamilə qadınların uşaqların cinsi ilə maraqlandığını deyir. Onun sözlərinə görə, hətta ikinci və üçüncü uşaqlarının da oğlan olmasını istəyənlər daha çoxdur və qızı olacağını eşidənlərin kefi pozulur.



Bu dəfəki söhbətimizdə bir çox valideynlərin nəyə görə doğulacaq uşağın cinsi ilə maraqlanmasının səbəblərini araşdıracağıq.



Studiyamızın qonaqları:



- Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu Qadın Şəbəkə Proqramının əlaqələndiricisi Gülnarə Məmmədova;



- «Simmetriya» Gender Assosiasiyasının vitse-prezidenti Gülnarə Rzayeva



ƏTRAFLI AUDİO HİSSƏDƏ

Günün bütün mövzuları

XS
SM
MD
LG