Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:22
Rubrikalar

«Əli və Nigar» – bir ailə dastanı


Səs: Real audio
Xəstəxanaya yerləşdirilən rayon sakinlərinin ikisinin vəziyyəti orta ağır, qalanları isə yüngüldür Bu "İz"də:



- Azərbaycanın tarix və mədəniyyətində öz yeri olan iki şəxsin – Nigar xanım Qaibova və general Əliağa Şıxlinskinin ailə dastanını vərəqləyəcək;



- General Şıxlinskinin «Ey sevgilim, ey dilrüba»şerindən və Üzeyir Hacıbəyovun həmin şerə yarımçıq bəstəsindən soraq tutacaq;



- Bu ilin ilk fərdi sərgisindən xəbər biləcək;



- Yaponiyanı Azərbaycana gətirən tamaşadan məlumat alacaq;



- və hər dəfə yazıçı, polkovnik-leytenant Şəmistan Nəzirlinin açıqlamalarını eşidəcəksiniz



BÜTÜN SEVGİ DASTANLARI BİR XƏYAL MEYVƏSİDİR. TƏKCƏ «ƏLİ VƏ NİGAR» 100 FAİZ GERÇƏK, 100 FAİZ HƏYATDIR



Tanınmış yazıçı və tədqiqatçı Şəmistan Nəzirlinin «General Şıxlinski ömrü» kitabı çapdan çıxıb. Çar Rusiyası dönəmində «top tanrısı» ləqəbiylə adı dillərdə gəzən azərbaycanlı generalın «Şıxlinski üçbucağı» nəzəriyyəsi Avropanın hərb məktəblərində indi də tədris edilir. Müasir hərbi anlayışlarının türk dilində verilməsində, ikidilli peşəkar lüğətlərin yaradılmasında olan xidmətləri və ədəbi yaradıcılığı general Şıxlinskinin adını Azərbaycan mədəniyyət tarixində də əbədiləşdirib.



Aparıcı: – Onların Leyli və Məcnundan, Əsgər və Gülçöhrədən, Sərvər və Gülnazdan nə fərqi vardı?



Şəmistan Nəzirli: – Axı onlar real qəhrəman deyillər. Bunlar realdırlar. Məsələn, Əliağa Şıxlinski yazır ki, "22 illik yaşayışımızın səmasında bir dəfə belə qara bulud görünmədi. Biz heç vaxt mübahisə etmədik". Bunlar heç vaxt bir-birindən ayrılmayıblar. Nigar xanım Əliağaya bərabər və savadlı, ziyalı bir qadın olub... Nigar xanım Peterburqda Tsarskoye Selo qadın xeyriyyə cəmiyyətinin sədri olub... Onun tabeliyində olan qadınların siyahısı da var məndə. Orada kimlər yoxdu ki: dvoryan nəsil, Zinovyevin qadını və Zinovyevin bacıları, Qalitsinlər...



1931-ci il avqustun 12-də Nigar xanım dünyasını dəyişdi. Həmin il Əliağaya iki zərbə oldu: bir həyat yoldaşını itirdi, bir də 47 illik silah yoldaşı Mehmandarovu. O, 11 il Nigar xanımdan gec ölüb. 11 il bəlkə də hər gün, amma cümə axşamı mütləq Nigarın qəbrinin üstündəydi. Və vəsiyyəti var. Dörd vəsiyyətin dördündə də deyir ki, "məni sevimli Nigarımın yanında dəfn edərsiniz"...



ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG