Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:18

Salyanlı xəstələrin nümunələri referens laboratoriyaya göndəriləcək


Səs: Real audio
Xəstəxanaya yerləşdirilən rayon sakinlərinin ikisinin vəziyyəti orta ağır, qalanları isə yüngüldür Salyan rayonunda kəskin respirator əlamətli, hərarətli xəstələrdən virusoloji müayinələr üçün nümunələr götürülüb. Nümunələr yerli laboratoriyalarda müayinə olunmaqla yanaşı, referens laboratoriyalardan birinə də göndəriləcək. Səhiyyə Nazirliyinin (SN) Mətbuat Xidmətinin bu haqda yaydığı məlumatda deyilir ki, sözügedən rayonun Dayıkənd kəndində səkkiz nəfər hərarətli xəstə müəyyən edilib, onlardan yeddi nəfəri Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna, bir nəfəri isə Bakı Şəfər 7 Saylı İnfeksion Xəstəlikləri Klinikasına yerləşdirilib.



Xəstələrdən ikisinin vəziyyəti orta ağır, qalanları isə yüngüldür.



Salyan rayonu Dayıkənd sakini Nabat Əsgərova bu il martın 1-də kəskin pnevmoniya diaqnozu ilə Ağciyər Xəstəlikləri İnstitutuna daxil olub, iki gündən sonra ölüb. SN bildirir ki, mərhumdan götürülmüş nümunələrdə «quş qripi» virusu aşkarlanmayıb. Daha dərin müayinələrin aparılması məqsədilə nümunələr Ümumdünya Səhiyyə Təşkilatının referens laboratoriyalarından birinə göndəriləcək. Kəndin digər sakini Zərifə Əsgərovanın isə xərçəng xəstəliyindən öldüyü bildirilir.



Martın 6-da Kənd Təsərrüfatı Nazirliyində «quş qripi»lə bağlı kollegiya iclası olub.
XS
SM
MD
LG