Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:30
Rubrikalar

«Barmek» fəaliyyətini dayandırmaq niyyətində deyil


Səs: Real audio
Onlar kənddə «quş qripi»nin olduğunu ehtimal edirlər - «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyət haqqında cinayət işi açılsa da, müəssisə əvvəlki kimi əhali və təşkilatlara göstərdiyi xidməti davam etdirəcək, son hadisələr xidmətin keyfiyyətini aşağı salmayacaq. «Barmek»in prezidenti Hüseyn Arabul «Azadlıq» radiosuna müsahibəsində belə deyib.



- Martın ortasına qədər metronun «Əzizbəyov» stansiyası ətrafındakı avtobus dayanacaqlarının çoxu ləğv ediləcək. Buna səbəb prezidentin sərəncamına əsasən, paytaxt yollarında tıxacların aradan qaldırılması üçün sözügedən stansiyanın yaxınlığında yeni körpünün inşasına start verilməsidir. Tikinti işlərinə maneə olmamaq üçün şəhərin mərkəzindən «Əzizbəyov» metrosu istiqamətinə hərəkət edən avtobuslar, metroya çatmamış «Şəfa» stadionunun yaxınlığında, əks istiqamətdən gələn marşrutlar isə, «Ulduz» stansiyasının yanında yaradılacaq dayanacaqda fasilə verəcəklər. Məlumatı «Azadlıq» radiosuna Nəqliyyat Nazirliyində Katibliyin rəhbəri Namiq Həsənov verib.



- İyunun 1-nə qədər isə Bakıda qeyri-leqal fəaliyyət göstərən marşrut avtobusları xətdən çıxarılacaq. Hökumət bunu da tıxacların qarşısını almaq üçün etdiyini deyir. Bakıda tıxacları aradan qaldırmaq istiqamətində görülən tədbirlər çərçivəsində ilin sonuna qədər şəhərdəki kiçik avtobuslar iritutumlu avtobuslarla əvəz olunacaq.



- Dünya Bankı (DB) isə, Azərbaycanda səhiyyənin inkişafına yardım etmək istəyir. Bankın səhiyyə missiyası bu məqsədlə bazar ertəsi Bakıda işə başlayıb. DB-nin Bakı ofisindən verilən məlumata görə, layihə çərçivəsində bir neçə rayonda səhiyyə müəssisələri tikiləcək, ambulator müalicə xidməti təkmilləşdiriləcək, həkim kadrlarının peşəkarlığı artırılacaq. Bank bu məqsədlə 40 milyon dollar ayırmağı nəzərdə tutur. Bu məbləğ Azərbaycan hökumətinə güzəştli şərtlərlə 35 illiyinə kreditə veriləcək.
XS
SM
MD
LG