Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:27

Həmsöhbətimiz Ruşaniyyə Hüseynovadır


Səs: Real audio
Onlar kənddə «quş qripi»nin olduğunu ehtimal edirlər Bu dəfəki həmsöhbətimizi Azərbaycanın ictimai fikir müstəvisinə daha çox özünün iradəsindən kənar hadisə gətirdi desək yanılmarıq. Bir il əvvəl baş verən qətl hadisəsi bu xanımı təkcə Azərbaycanın tanınmış adamları sırasına salmadı, eyni zamanda onu dumana düşmüş bir həqiqətin axtarışına çıxmaq məcburiyyətində qoydu. Beləliklə, 2005-ci il martın 2-də qatlə yetirilmiş mərhum jurnalist, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun həyat yoldaşı, «Bakinski Vedemosti» qəzetinin baş redaktoru Ruşaniyyə Hüseynova



Aparıcı: - Elmarla harada tanış olmuşdunuz?



Ruşaniyyə Hüseynova: - Nəşriyyatda. Bir həftə idi ki, işə düzəlmək üçün nəşriyyata gedib – gəlirdim. Bir gün orada Elmarla tanış oldum. Bir həftədən sonra o mənə «Monitor»da işləməyi təklif etdi. Bir aydan sonra isə Elmar mənə öz ürəyini açdı.



Aparıcı: - Bəs nə qədərdən sonra evləndiniz?



Ruşaniyyə Hüseynova: - 5 ildən sonra. Ona görə ki, bu 5 il ərzində Elmar 34 məhkəmə prosesini keçməli oldu, həbs edildi, məhbəsə salındı, «Monitor» dəfələrlə bağlanıb - açıldı. Təbii ki, bu şəraitdə evlənmək haqda fikirləşmək mümkün deyildi. Buna nə şərait, nə də imkan var idi.



Aparıcı: - İkinci 8 Martdır ki, o, Sizi təbrik etməyəcək. Təbrik edənlər olurmu və nə hiss edirsiniz?



Ruşaniyyə Hüseynova: - Onu keçən il martın 2-də öldürdülər. Martın 8-də çoxları – hətta Elmarın işçiləri – kişiləri nəzərdə tuturam – həmişəki kimi xanımlara gül aldılar. Ancaq heç kim mənə gül bağışlamağa cürət etmədi. Bilirdilər ki, qəbul etməyəcəm. Mən sonra bildim. Gördüm ki, masanın üstündə bir gül qalıb. Artıq hədiyyə. Onu mənə sadəcə, bağışlamamışdılar. Başa düşürsünüz də. Mən anladım ki, yəqin ki, o gül mənimçün nəzərdə tutulub. Ancaq heç kim onu mənə bağışlamağa cəsarət etməyib.



Aparıcı: - Qətli törədənləri saxlasalar, onlara münasibətiniz, reaksiyanız necə olar?



Ruşaniyyə Hüseynova: - Sifarişçiyə və icraçıya nifrət əlbəttə ki, aydındır. Onlara nəsə deməyə gəlincə, bilmirəm. Əlbəttə ki, mən o adamların gözlərinə baxardım. Amma inanmıram ki, mən o anı və o gözləri nə vaxtsa görəcəm. Mən bu məsələyə nikbin yanaşmıram...



ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG