Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:47

Deputatlığa namizədlərin sayı hələlik 62-dir


Səs: Real audio
Namizədlərin qeydəalınma müddəti martın 13-də axşam saatlarında başa çatacaq Martın 4-də Mərkəzi Seçki Komissiyası [MSK] Milli Məclisə boş qalan yerlərə təkrar seçkilərdə iştirak etmək istəyənlərin sənəd qəbulu ilə bağlı yekun nəticələri açıqlayıb.



MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, 10 seçki dairəsi üzrə 218 nəfər namizədliyini irəli sürüb. Onların 213 nəfəri imza vərəqələrini götürüblər. Dairə seçki komissiyalarına [DSK] isə digər sənədlərlə birlikdə imza vərəqələrini 193 nəfər təqdim edib.



Cənab Sarıyevin sözlərinə görə, həmin şəxslərin 10 nəfərinin qeydə alınmasından DSK-lar imtina edib. Sənədlərinin düzgün tərtib olunmamasına, qüsurlara və imzaların yetərincə olmadığına görə. 12 nəfər isə könüllü şəkildə namizədliyini geri götürüb. Hələ ki, qeydə alınanların sayı 62 nəfərdir.



Mətbuat xidmətinin rəhbəri deyir ki, namizədlərin qeydəalınma müddəti martın 13-də axşam saatlarında başa çatacaq. Martın 14-dən isə namizədlərin seçkiqabağı təbliğatına start veriləcək. Təbliğat prosesi mayın 12-si – səsverməyə 24 saat qalmış başa çatır.



Hazırda qeydə alınanların 30 nəfəri bitərəf, 10 YAP, 6 Müsavat, 2 nəfər isə Ədalət partiyalarındandır. 9 nəfər partiya mənsubiyyətini göstərməyib. Kommunist, Böyük Azərbaycan, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Demokratik Azərbaycan Dünyası və Xalq partiyalarından isə hərəyə 1 nəfərdir.



MSK–nın martın 4-də keçirilən iclasında 4 namizədin sənədlərinin qəbul olunmaması ilə bağlı DSK–lardan etdikləri şikayətlərə baxılıb. MSK DSK-ların qərarlarını qüvvədə saxlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG