Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:38

Gəncədə qasırğa olub


Səs: Real audio
Azərbaycanda din və əqidə azadlıqları üzrə məruzə hazırlanır Martın 3-dən 4-nə keçən gecə Gəncədə və ətraf rayonlarda güclü qasırğa olub. Saniyədə 34 mert sürətlə əsən külək bəzi ağacları kökündən çıxarıb, elektrik xəttlərini sıradan çıxarıb. Şəhər əhalisi səhərədək işıqsız qalıb. Qasırğa bəzi evlərin dam örtüyünə də zərər vurub. Gəncə Fövqəladə Hallar Komissiyasının sədri Şahmalı Cavadov deyir ki, qırılan ağaclar yığışdırılıb, evlərinə zərər dəyənlərə isə, yardım ediləcək.



Həmin gecə Gəncə N saylı hərbi hissəsinin yeməkxanasında da yanğın olub. Zərərçəkən yoxdur.



Gəncə Şəhər Elektrik Şəbəkəsindən «Azadlıq» radiosuna verilən məlumata görə isə, artıq qırılan elektrik xəttləri bərpa edilib.
XS
SM
MD
LG