Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:17

Fermerlərə 260 min dollardan çox kredit paylanıb


Səs: Real audio
Hüseyn Arabul ittihamları əsassız sayır Dünya Bankının köməyi ilə Gənsəbasarda fermerlərə 260 min dollardan çox kredit paylanıb. Bu barədə «Azadlıq» radiosuna məlumat verən Gəncə Biznes Qrupun direktor müavini Arif Cahangirovun sözlərinə görə, bu vəsait Xanlar, Şəmkir və Tovuz rayonlarında 660 nəfər kiçik torpaq sahibi arasında bölünüb. Üstünlük bitkiçilik və heyvandarlıqla məşğül olan fermerlərə verilir.



Cənab Cahangirov deyir ki, 2003-cü ildən bəri bu bölgədə 7 minə yaxın fermerə girovsuz kredit veriblər. Bu il isə Dünya Bankı kredit üçün nəzərdə tutulan məbləği artırıb. Belə ki, bank ilin axırınadək Azərbaycanın Qərb regionunda fəaliyyət göstərən fermerlərə 2 milyon, 6 rayonda yaradılan Kredit İttifaqlarına isə, 3 milyon dollarliq kredit verməyi planlaşdırır. İndiyədək layihədən kənarda qalan Ağstafa və Qazax fermerlərinə də vəsait ayrılması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG