Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:22

<i>«Azadlıq»</i>: «Fondel» hökumətdən 100 milyon dollar cərimə istəyir»


Səs: Real audio
Hüseyn Arabul ittihamları əsassız sayır «Yeni Azərbaycan» qəzetində bildirilir ki, Azərbaycan prezidentinin bəyanatları Robert Koçaryanı qorxuya salıb. Məqalə müəllifi Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyanın Vyanada ATƏT-in Daimi Şurasında çıxışını buna misal çəkir. Vardan Oskanyan Azərbaycan rəsmilərinin sərt bəyanatları ilə bağlı narahatlığını bildirib. O, qeyd edib ki, belə bəyanatlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda əldə olunmuş nailiyyətlərin artmasına mane olur.



«525-ci qəzet»dəki «Qarabağ ətrafında müharibə küləkləri» başlıqlı məqalədə bildirilir ki, Azərbaycan prezidentinin son bəyanatlarını müharibəyə hazırlıq kimi qəbul edən Ermənistan Dağlıq Qarabağ ətrafında hərbi qüvvələrini gücləndirmək niyyətindədir. Müəllifin fikrincə, son günlər hər iki tərəfdən səslənən sərt bəyanatlar «soyuq müharibə»nin tezliklə öz yerini gerçək savaşa verə biləcəyi qənaətini yaradır. Təsadüfi deyil ki, axır günlər beynəlxalq dairələr də Qarabağ münaqişəsinin yenidən alovlanması təhlükəsinin real olduğuna işarə vuraraq, tərəfləri bu yöndə addımlardan çəkindirməyə çağırırlar. Eyni zamanda, beynəlxalq vasitəçilər Rambuyedəki uğursuzluğa rəğmən sülh danışıqlarını «soyutmamaq» üçün cəhdlərini davam etdirirlər və həmsədrlərin gələn həftə Vaşinqtonda gözlənilən məsləhətləşmələri də bu qəbildəndir.



«Azadlıq» qəzetindəki «Fondel» hökumətdən 100 milyon dollar cərimə istəyir» başlıqlı məqalədə deyilir ki, Azərbaycan hökumətilə Hollandiyanın «Fondel» alüminium şirkəti arasında yaranan qalmaqal artıq ABŞ mediasının da gündəminə çıxır. Mərkəzi qərargahı Nyu-Yorkda yerləşən «Eurasianet» elektron nəşrində dərc olunan məqalədə bildirilir ki, rəsmilər şirkətlə müqavilənin ləğv olunduğuna dair məlumatları təkzib etsələr də, «Fondel» bildirir ki, hökumət artıq zavoda nəzarəti ələ alıb. ABŞ mətbuatının yazdığına görə, şirkət, ona dəyən ziyanın ödənilməsi üçün məsələni Beynəlxalq Arbitraj Məhkəməsinə çıxaracaq və Azərbaycan hökumətindən 100 milyon dollar cərimə ödənilməsini tələb edəcək.
XS
SM
MD
LG