Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:30
Rubrikalar

Dizelin bahalaşması ilə əlaqədar kənd təsərrüfatı müəssisələrinə yardım göstərilməyəcək


Səs: Real audio
18 iranlı məhkum qonşu ölkəyə təhvil verilib, 1 məhkum Azərbaycana gətirilib - Azərbaycanın hansı quşçuluq müəssisəsində "quş qripi" aşkarlanarsa, 2 km radiusundakı bütün quşlar məhv ediləcək.



Martın 3-də Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov belə deyib. Spirtli içki istehsalı ilə bağlı isə bildirib ki, lazımi hesabatlar vermədiyi üçün spirtli içki gətirilməsiylə məşğul olan 14 və onu istehsal edən 5 şirkətin lisenziyası dayandırıb.



Nazir onu da deyib ki, dizel yanacağının qiymətinin qalxması ilə əlaqədar kənd təsərrüfatı müəssisələrinə maliyyə yardımı göstərilməyəcək. Çünki məhsullarının maya dəyərində yanacağın xüsusi çəkisi 15 faizdən yuxarı deyil.



İsmət Abbasov taxıl istehsalı və satışı, eləcə də toxum fondu yaradılmasına nəzarət üçün nazirlikdə Taxıl Şurasının yaradıldığını da bildirib.



- Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi hökumətə qiymətli kağızlarla əməliyyatlar aparan hüquqi şəxslərin mənfəət vergisindən azad olunması üçün müraciət edib. Komitədən verilən məlumata görə, bu təklif inflyasiyayla mübarizə aparmaq və maliyyə bazarının inkişaf etdirmək məqsədilə verilib.
XS
SM
MD
LG