Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:09

Rino Harniş: «Ehtirasları qızışdıran şərhlər münaqişənin həllinə kömək etmir»


Səs: Real audio
ABŞ səfiri tərəfləri münaqişənin danışıqlar yoluyla həlli barədə düşünməyə çağırır "Hazırda Birləşmiş Ştatların yeganə məqsədi Azərbaycan və Ermənistan prezidentlərini danışıqlara getməyə həvəsləndirməkdir".



Bunu Amerikanın Azərbaycandakı səfiri Rino Harniş Ermənistan prezidenti Robert Koçaryanın Dağlıq Qarabağı de-yure tanımağın mümkünlüyü barədə bəyanatına münasibət bildirərkən dedi:



"Əslində ehtirasları qızışdıran şərhlər bu işə kömək etmir. Biz danışıqlar yoluyla problemi həll etməyin mümkün olduğunu görmüşük. Biz hər iki tərəfdən prezidentləri, xarici işlər nazirlərini, hər iki xalqı münaqişənin danışıqlar yoluyla həlli barədə düşünməyə çağırırıq".



Rino Harniş deyir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Vaşinqtonda nəzərdə tutulan görüşünün məqsədi növbəti addımları müzakirə etməkdir. Bu təşkilati görüşdən sonra ABŞ hökuməti danışıqlarda irəliləyiş əldə olunmasını istəyir. Həmsədrlər də münaqişənin danışıqlar yoluyla həllinə çalışır.



Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə isə Robert Koçaryanın çıxışını daxili siyasi maraqlara hesablanmış bəyanat adlandırır: "Bu cür bəyanatlar danışıqlar prosesinə müsbət təkan verə bilməz".



Ermənistan prezidenti Robert Koçaryan martın 2-də deyib ki, əgər Azərbaycan vaxtın onun xeyrinə işlədiyini düşünürsə, o zaman Ermənistan cavab addımları atmalıdır. Birincisi, Yerevan Dağlıq Qarabağı de-yure tanıya, ikincisi isə, Qarabağ xalqının təhlükəsizliyi barədə öhdəlik götürə bilər.



Azərbaycan prezidenti İlham Əliyevsə bu günlərdə bildirib ki, danışıqlar Ermənistanın günahı üzündən dalana dirənib, proses bu cür davam etsə, Azərbaycan danışıqlarla bağlı mövqeyinə yenidən baxa bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG