Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:12

«Ayna»: «Rusiya ilə Azərbaycanın Qarabağ sövdələşməsi»


Səs: Real audio
Robert Koçaryan: «Siz narahat olmamalısınız. Görsəniz ki, Ermənistan prezidenti danışıqlardan kənarlaşır, yalnız o zaman narahat ola bilərsiniz. Çünki bu o demək olacaq ki, ya prezident danışıqların uğurlu olacağına inanmır, ya da bu işi axıra çatdırmaq üçün özündə güc tapmır» "Yeni Azərbaycan" qəzetində bildirilir ki, İpoteka Fondunun kreditlərini paylayacaq müvəkkil banklara martın 1-dən başlayaraq mənzil almaq istəyən vətəndaşlardan müraciətlər daxil olmaqdadır. Banklar artıq bu istiqamətdə kreditlər verməyə hazır olduqlarını bəyan edir. O şərtlə ki, krediti əldə etmək istəyənlər müəyyən olunmuş şərtlərə və qaydalara uyğun sənədləri təqdim etməyə tələssinlər.



İpoteka kreditlərinin verilməsində potensial banklardan sayılan "Atabank"ın Müşahidə Şurasının sədri Azad Cavadov deyir ki, mənzil kreditlərini yalnız ən yüksək gəlirləri olan şəxslər ala biləcək. Azad Cavadov əmin edir ki, orta aylıq gəlirə uyğun olaraq kreditlər 30 min, 20 min, 15 min, 10 min və s. manat həcmində verilə bilər. Məsələn, kreditin qaytarılma müddəti 10 il olmaqla 10 min manat götürmək üçün vətəndaşın orta aylıq maaşı ən azı 370 manat olmalıdır.



"Ayna" qəzetindəki "Rusiya ilə Azərbaycanın Qarabağ sövdələşməsi" başlıqlı məqalədə bildirilir ki, hazırda Rusiya Azərbaycanda möhkəmlənməyə, xüsusən iqtisadi sahəyə dərindən

nüfuz etməyə ciddi-cəhdlə can atır. Ekspertlər Putinin Bakı

danışıqları zamanı Azərbaycanla Rusiya arasında Qarabağ sövdələşməsi planlarının müzakirə olunduğunu istisna etmirlər. Ehtimallara görə, Qarabağ məsələsində Ermənistanın yola gətirilməsi müqabilində Rusiyanın Azərbaycan iqtisadiyyatında imtiyazlı şərtlərlə iştirakına "yaşıl işıq" yandırıla bilər. Ermənistanda isə artıq NATO ilə daha sıx əməkdaşlıq məsələləri müzakirə olunur. Ermənilər Moskva-Bakı münasibətlərinin daha da istiləşməsinə ağrılı reaksiya verirlər.



"Bakı Xəbər" qəzetindəki "Dağlıq Qarabağ problemi Ağ Evdə, yoxsa Kremldə çözüləcək?" sərlövhəli məqalədə isə deyilir ki, Vaşinqton və Moskva arasında yeni rəqabət başlanır. Rambuye danışıqlarının uğursuz nəticələnməsindən sonra Rusiya Qarabağ münaqişəsinin həlli istiqamətində təşəbbüsü ələ keçirməyə çalışır. Çünki Rusiya münaqişənin həllində hər hansı cüzi irəliləyişə nail olarsa, bu, onun regionda nüfuzunun kifayət qədər yüksəlməsi deməkdir. Həmçinin belə bir irəliləyiş konflikt zonasına hər hansı beynəlxalq təşkilat və ya Qərb dövlətlərinin yox, məhz Rusiyaya məxsus sülhməramlı qüvvələrin gəlməsinə şərait yaradır. Bütün bunlar isə regionda ABŞ-ın mövqelərinin sıxışdırılması ilə yekunlaşacaq.



Ancaq məqalə müəllifinin fikrincə, münaqişənin həllində ABŞ-ın əsas hərəkətverici qüvvə rolunu oynaması Azərbaycanın mənafelərinə daha çox cavab verir. Çünki Rusiyanın Cənubi Qafqazda əsas müttəfiqi Ermənistandır və Moskvanın istənilən həll variantında Yerevanın maraqlarına üstünlük verəcəyi heç kimdə şübhə doğurmur.

Günün bütün mövzuları

XS
SM
MD
LG