Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:34

Ekspertlər: müharibə ehtimalı inandırıcı görünmür


Səs: Real audio
Robert Koçaryan: «Siz narahat olmamalısınız. Görsəniz ki, Ermənistan prezidenti danışıqlardan kənarlaşır, yalnız o zaman narahat ola bilərsiniz. Çünki bu o demək olacaq ki, ya prezident danışıqların uğurlu olacağına inanmır, ya da bu işi axıra çatdırmaq üçün özündə güc tapmır» Söylənənlər daha çox təzyiq vasitəsidir



Martın 1-də Qarabağ bölgəsinə səfəri zamanı prezident İlham Əliyev deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsiylə bağlı mövqeyinə yenidən baxmalı olacaq. Buna paralel olaraq ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş qeyd edib ki, münaqişənin həllinə dair danışıqlar nəticəsiz qalsa, müharibə qaçılmaz olacaq. Qarabağ danışıqlarına vasitəçilik edən ATƏT-in amerikalı həmsədri Stiven Mann da ötən həftə "Azadlıq" radiosuna verdiyi müsahibəsində danışıqlar baş tutmasa, faciə ola biləcəyini söyləmişdi



Həmsöhbətim olan ekspertlərin bəziləri hesab edirlər ki, hər kəsin öz maraqları baxımından söylənənlər daha çox təzyiq vasitəsidir. Qaldı bu təzyiqlərə gətirən səbəblərə, məsələn, sabiq dövlət müşaviri Vəfa Quluzadə deyir ki, Qərbdə dayaqları olmasına baxmayaraq, Ermənistan sosial, iqtisadi və hətta siyasi böhran həddindədir. Cənab Quluzadəyə görə, Qərbin özünə də Ermənistanı bu vəziyyətdən çıxarmaq üçün daxildən təzyiqlər var. Bu vəziyyətdə Qərbin yeganə çıxış yolu müharibənin mümkünlüyü haqda hədələrə başlamaqdır: "Stiven Mann deyəndə ki, əgər bu il müqavilə imzalanmasa, faciə ola bilər, o, bizi müharibə ilə qorxuzmaq istəyirdi".



Vəfa Quluzadə hesab edir ki, Azərbaycan Qərbdən gələn belə hədələrə nə emosional reaksiya verməli, nə də məğlubedici sülhə razılaşmalıdır.



«Gün-Səhər» qəzetinin şərhçisi Elxan Şahinoğlu isə bildirir ki, amerikalı diplomatların müharibənin mümkünlüyü barədə dediklərini həm təzyiq, həm də xəbərdarlıq adlandırmaq olar. Azərbaycan hərbi xərcləri ilbəil artırır. Prezident dövlət büdcəsinin gəlirləri artdıqca, müdafiə xərclərinin də artacağını deyib. Bütün bunları nəzərə alaraq Ermənistan da hərbi xərclərini artırmağa məcburdur. Paralel olaraq münaqişənin həlli ilə bağlı hətta prezidentlər səviyyəsində danışıqlar nəticəsizdir. Qarabağı nəzarətdə saxlayan separatçı qurumun rəhbəri Arkadi Qukasyan isə Ermənistanı Azərbaycanla sülh danışıqlarını dayandırmağa çağırıb. Elxan Şahinoğlu deyir ki, bütün bunlar son variantda Qərbin və hətta münaqişə tərəflərinin özlərinin maraqlarına uyğun olmayan hərbi qarşıdurmanı qaçılmaz edə bilər: "Amma 1-3 ildən sonra Azərbaycan bölgənin lider dövlətinə çevrilərsə, şərtlər bizim xeyrimizə olacaq".



«Ayna-Zerkalo» qəzetinin bu günlər Ermənistandan qayıdan şərhçisi Rauf Mirqədirov isə deyir ki, 2006-cı ildə Dağlıq Qarabağ münaqişəsinə dair sülh sazişinin imzalanması Qərbin Qafqaz bölgəsinə dair planlarından biridir. Cənab Mirqədirov hesab edir ki, Qərbin maraqlarının təmin olunmadığı bölgələrə həmişə sanksiyalar tətbiq olunur. Yəni əgər 2006-cı ildə Qarabağ münaqişəsi həll olunmasa, Qərb diplomatlarının «faciə» adlandırdıqları hadisə Qafqaz bölgəsinə, xüsusən də Ermənistan və Azərbaycana sanksiyaların tətbiqindən o yana keçməyəcək. Bu mənada Ermənistanın vəziyyəti Azərbaycandan daha ağırdır: "Ermənistan iqtisadi baxımdan Azərbaycandan ciddi şəkildə geri qalmağa başlayıb. Ermənistan bütün regional proyektlərdən kənarda qalıb. Proses o səviyyəyə çatıb ki, hər hansı bir regional əməkdaşlığa cəlb olunması qeyri-mümkün ola bilər".



Ona görə Rauf Mirqədirov düşünür ki, Qərb indiki mövqeyində daha çox Ermənistana dəstək verən təsiri bağışlayır. Rauf Mirqədirovun fikrincə, indiki situasiyada Ermənistanla Azərbaycanın hərbi vəziyyətində o qədər də ciddi fərq müşahidə

Günün bütün mövzuları

XS
SM
MD
LG