Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:53

Robert Koçaryan Dağlıq Qarabağı de-yure tanıya biləcəklərini deyir<p align=`left`><br><br>


Səs: Real audio
Robert Koçaryan: «Siz narahat olmamalısınız. Görsəniz ki, Ermənistan prezidenti danışıqlardan kənarlaşır, yalnız o zaman narahat ola bilərsiniz. Çünki bu o demək olacaq ki, ya prezident danışıqların uğurlu olacağına inanmır, ya da bu işi axıra çatdırmaq üçün özündə güc tapmır» «Əgər Azərbaycan hesab edirsə ki, vaxt onun xeyrinə işləyir, o zaman Ermənistan cavab addımları atmalıdır. Birincisi, Yerevan Dağlıq Qarabağı de-yure tanıya, ikincisi isə, Qarabağ xalqının təhlükəsizliyi barədə öhdəlik götürə bilər».



Prezident Robert Koçaryan martın 2-də Ermənistanın və Dağlıq Qarabağın televiziyalarına müsahibəsində belə deyib. O, Dağlıq Qarabağ ermənilərini Azərbaycanla danışıqların gedişindən narahat olmamağa çağırıb.



Robert Koçaryan: «Siz narahat olmamalısınız. Görsəniz ki, Ermənistan prezidenti danışıqlardan kənarlaşır, yalnız o zaman narahat ola bilərsiniz. Çünki bu o demək olacaq ki, ya prezident danışıqların uğurlu olacağına inanmır, ya da bu işi axıra çatdırmaq üçün özündə güc tapmır».



Prezidentlərin Rambuye danışıqlarından sonra Dağlıq Qarabağ ermənilərinin separatçı lideri Arkadi Qukasyan Ermənistanı danışıqlardan çıxmağa çağırıb. Danışıqların formatının dəyişdirilməsini təklif edən Qukasyan bildirib ki, müzakirələr Azərbaycan və Dağlıq Qarabağ erməniləri arasında getməlidir. Bakı isə bu təklifi rədd edib.



Robert Koçaryan müsahibədə Rambuye görüşünün yekunu və sülh danışıqlarının gələcək perspektivləri barədə də açıqlamalar verib.



Martın 2-də həmçinin Vyanada ATƏT-in Daimi Şurasının toplantısında Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyan da Qarabağ danışıqlarının gedişi barədə çıxış edib. ATƏT-in Baş Qərargahının Mətbuat katibi Kit Cinqs «Azadlıq» radiosuna bildirib ki, V.Oskanyan Rambuye danışıqları və ondan sonra yaranan vəziyyət haqqında məlumat verib.
XS
SM
MD
LG