Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 16:52

Korrupsiyaya qarşı mübarizə sahəsində koalisiya yaradılıb


Səs: Real audio
Təyyarənin bəzi cihazları Moskvaya – Beynəlxalq Aviasiya Komitəsinə tədqiqata göndərilib Martın 2-də korrupsiyaya qarşı mübarizə sahəsində aparıcı qeyri-hökumət təşkilatları və Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Komissiyası koalisiya yaradıb. Tərəflər məlumat və əməkdaşlıq şəbəkəsinin yaradılması haqda memorandum imzalayıblar.



Şəbəkənin məqsədi informasiya və təcrübə mübadiləsini təkmilləşdirmək, o cümlədən QHT-lərlə dövlət orqanları arasında əməkdaşlığı inkişaf etdirməkdir. Şəbəkə həmçinin monitorinq və rəy sorğuları həyata keçirəcək, beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcək.



Keçmiş millət vəkili, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev şəbəkənin koordinatoru seçilib.



Dövlət Qulluğunu İdarəetmə Şurası Yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının üzvü, millət vəkili Bəxtiyar Əliyevin fikrincə, korrupsiyaya qarşı mübarizədə əsas amil ictimai nəzarət, cəmiyyətin bütün üzvlərini bu işə cəlb etməkdir.



Cənab Əliyev bir il bundan əvvəl yaradılmış komissiyanın fəaliyyətinə iradlarla bağlı deyib ki, qurum bütün şikayətlərə baxır və şəffaf şəkildə fəaliyyət göstərir.
XS
SM
MD
LG