Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:57

Xaricdə təhsil almağın yolları


Səs: Real audio
Təyyarənin bəzi cihazları Moskvaya – Beynəlxalq Aviasiya Komitəsinə tədqiqata göndərilib «TƏLƏBƏLƏR DAHA ÇOX TOEFL İMTAHANI VERMƏKDƏ ÇƏTİNLİK ÇƏKİRLƏR»



Xaricdə təhsilin əsas müsbət cəhəti tələbənin fənləri seçməkdə və oxumaqda tam azad olmasıdır. Başqa bir tərəfdən, nəzəri biliklərlə yanaşı, təcrübi biliklər də verilir ki, bu da tələbədə müstəqil araşdırma aparmaq bacarığı yaradır. ABŞ-da həm orta məktəbdə, həm də bakalavr və magistr pilləsində 3 il təhsil alan Fariz İsmayılzadə belə deyir.



Bakı Təhsil Məlumat Mərkəzinin direktoru Bahar Hacızadə deyir ki, Amerika və Avropa universitetləri daha çox təcrübi biliklər verdiyindən, orada təhsil alan gənclər vətənə qayıdandan sonra iş tapmaqda, karyera qurmaqda heç bir çətinlik çəkmirlər.



Bahar Hacızadə deyir ki, 1994-cü ildən bir çox beynəlxalq təşkilatlar azərbaycanlıların xaricdə pulsuz oxumaları üçün təqaüd proqramları elan edirlər. Bahar Hacızadənin sözlərinə görə, belə proqramlarda məqsəd təkcə Azərbaycanın inkişafına təsir göstərmək deyil. Xaricdə təhsil alıb qayıdan tələbə istər-istəməz təhsil aldığı ölkənin mədəniyyətini, adət-ənənələrini də təbliğ edir.



Xaricdə təhsil almaq imkanı təkcə təqaüd proqramları ilə məhdudlaşmır. Tələbələr müstəqil şəkildə də Avropa və Amerika universitetləri ilə əlaqə yaradıb orada təhsil ala bilərlər. Bu zaman təhsil və orada yaşamaq xərcini tələbə özü ödəməli olur. Bu isə tələbəyə ən azı ildə 15-16 min Amerika dollarına başa gəlir. Bundan başqa, dövlət xətti ilə də xaricdə təhsil almaq mümkündür. Təhsil Nazirliyinin həyata keçirdiyi proqramlarla ancaq Türkiyə və Rusiyada oxumaq şansı var.



Təqaüd proqramları üzrə imtahanlar adətən üç mərhələdən ibarət olur – ərizə formalarının doldurulması, test imtahanı və müsahibə.



Bakı Təhsil Məlumat Mərkəzinin direktoru Bahar Hacızadə deyir ki, tələbələr daha çox test – TOEFL imtahanı verməkdə çətinlik çəkirlər. Amma bu çətinliyin də öhdəsindən gəlməyin yolları var. Bakı Təhsil Məlumat Mərkəzi hər ay imtahanlara necə hazırlaşmağa dair mühazirələr təşkil edir. Bundan başqa, tələbələr istədikləri vaxt mərkəzdən məsləhətlər ala, buradakı kitabxanadan istifadə edə bilərlər. Bütün xidmətlər pulsuzdur.



Türkiyə və Rusiya ali məktəblərinə imtahanlar isə yalnız bir mərhələdə olur. İmtahanlar test formasında adətən aprel və may aylarında keçirilir. Türkiyə universitetlərinə test imtahanı bütün fənləri əhatə edir, ancaq riyazi biliyə xüsusi üstünlük verilir. Rusiyanın ali məktəblərinə imtahanda testlər seçilən ixtisasdan asılı olaraq fərqli olur.



Müxtəlif universitetlərdə təhsil alan bir qrup tələbə isə minlərlə tələbənin imzası ilə bu ilin mayında prezidentə müraciət ünvanlamağı planlaşdırır. İstəkləri isə odur ki, neftdən əldə olunan gəlirlərin bir hissəsi tələbələrin xaricdə təhsil almaları üçün ayrılsın.



Təşəbbüskarlardan biri – BDU-nun Şərqşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Elnur Qurbanov deyir ki, onlar müraciətdə 2007-ci ildən başlayaraq hər il 5 min tələbənin təhsil almaq üçün xaricə göndərilməsini təklif edəcəklər. İmtahanların keçirilməsinin isə Təhsil Nazirliyinə yox, bu sahədə təcrübəsi olan beynəlxalq təşkilatlara tapşırılması xahiş olunur.



ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG