Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:03

AN140-ın «qara qutu»sunun öyrənilməsi başa çatıb


Səs: Real audio
Təyyarənin bəzi cihazları Moskvaya – Beynəlxalq Aviasiya Komitəsinə tədqiqata göndərilib Dekabrın 23-də qəzaya uğramış AN140 təyyarəsinin «qara qutu»sunun öyrənilməsi prosesi başa çatıb. Azərbaycan Hava Yolları – «AZAL» Dövlət Konserni nəzdindəki qəzanın səbəblərini araşdıran komissiyanın rəhbəri İlham Əmirovun verdiyi məlumata görə, texniki nasazlıq ehtimalına üstünlük verilsə də, təyyarənin bəzi cihazları Moskvaya – Beynəlxalq Aviasiya Komitəsinə tədqiqata göndərilib. Qəzanın səbəblərini araşdıran komissiya yekun rəyini, aprel ayına qədər - Moskvanın göndərəcəyi cavabdan sonra verəcək.



Bakı-Aktau reysi ilə uçan AN140 təyyarəsinin qəzaya uğraması nəticəsində 18 sərnişin və 5 heyət üzvü həlak olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG